Terror təhlükəsinə qarşı ABŞ dən Nigeriyaya hərbi yardım
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ hökumət qüvvələrinə təlim keçmək üçün Nigeriyaya 200 əsgər göndərməyi planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri Amerika və Nigeriya rəsmilərinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, ABŞ qoşunları yaxın həftələrdə Nigeriya qüvvələrinə təlim keçmək və texniki dəstək göstərmək üçün Nigeriyaya gələcəklər. Məlumatda qeyd olunur ki, onlar yerli qüvvələrə hərbi zərbələr endirmək, hədəfləri müəyyən etmək üçün kəşfiyyat məlumatlarından istifadə etməyə kömək edirlər. Lakin ABŞ qoşunları döyüş əməliyyatlarında iştirak etməyəcək.
"Reuters" agentliyi əvvəllər ABŞ-nin Nigeriyaya kiçik bir hərbi kontingent göndərdiyini bildirmişdi. Agentliyin qeyd etdiyi kimi, bu, iki ölkənin Qərbi Afrikada terrorizm təhlükəsinə qarşı mübarizəni gücləndirmək barədə razılığa gəlməsindən sonra mümkün olan Amerika hərbi qüvvələrinin Nigeriyada mövcudluğunun ilk təsdiqi idi.
2025-ci ilin dekabr ayından bəri Nigeriya və ABŞ silahlı qüvvələri Nigeriyadakı ekstremist hədəflərə qarşı bir neçə birgə hücum həyata keçirərək Afrika ölkəsinin dörd ştatında - Sokoto, Zamfara, Niger və Katsinada planlaşdırılan terror hücumlarının qarşısını alıb. Nigeriya Xarici İşlər Nazirliyinin sözçüsü Kimyebi Ebienfa bildirib ki, Nigeriya ilə ABŞ arasında kəşfiyyat məlumatlarının mübadiləsi və digər sahələr üzrə əməkdaşlıq strateji səviyyədə aktiv şəkildə davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 11 Fevral 2026 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















