Icma.az
close
up
RU
Terrorsuz Türkiyə Azərbaycanın maraqlarına da uyğundur

Terrorsuz Türkiyə Azərbaycanın maraqlarına da uyğundur

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


PKK terror təşkilatının özünü buraxdığını elan etməsi, sözsüz ki, tarixi əhəmiyyətli hadisədir. Terrorçular silahları yerə qoyacaqlarını bəyan ediblər. Bu qərar olduqca önəmli qərardır. Bu addımın atılmasıyla “Terrorsuz Türkiyə” yolunda kritik mərhələnin artıq geridə qaldığını hesab etmək mümkündür. "Terrorsuz Türkiyə" yolunda ən böyük maneə aşılmış, aradan qaldırılmış oldu. Türkiyə bu gün ölkə gündəmindən terror problemi məsələsini tamamilə çıxarmaq hədəfinə doğru qətiyyətlə irəliləyir. Qərarın icrasından sonra, yəni ki, terrorçu təşkilat fiziki olaraq tamamilə aradan qaldırıldıqdan sonra yeni bir səhifənin açılacağı şəksizdir. Bəli, müasir Türkiyənin ictimai-siyasi həyatında yeni bir səhifə açılacaq. Beləliklə, Türkiyəni zəiflətmək, parçalamaq istəyən imperialist güclərin və dövlətlərin xain planlarına da ölümcül zərbə vurulacaq. Qalib gələn isə heç şübhəsiz ki, bütövlükdə Türkiyə və türk xalqı olacaq.
PKK-nın buraxılması haqqında qərar terror təşkilatının mayın 5-7-də keçirilən 12-ci qurultayında qəbul edilib. Qurultay PKK-nın təşkilati strukturunu ləğv etmək, silahlı mübarizəni dayandırmaq və bununla da təşkilatın fəaliyyətinə son qoymaq barədə bəyanat qəbul edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu addımı PKK-nın 40 ildən artıq davam edən silahlı fəaliyyətlərinin sonu kimi qiymətləndirməkdə haqlıdır. Ərdoğan bu hadisənin baş verəcəyinə inanırdı.
Təbii ki, qanlı terror təşkilatının buraxılması Türkiyə dövləti üçün də, AKP iqtidarı üçün də mühüm uğurdur. Türkiyə Ordusunun son illərdə PKK örgütünə vurduğu davamlı zərbələrin bu gün belə bir nəticə ilə yekunlaşması məntiqi qanunauyğunluqdur. Bu örgütə rəhbərlik və havadarlıq edənlər anladılar ki, Türkiyə dövlətinə silahlı saldırılarla, terror fəaliyyətləri ilə qalib gəlmək əsla mümkün deyil. Odur ki, PKK özünün hərbi qanadını ləğv etdi. Onlar bundan sonra siyasi və hüquqi müstəvidə fəaliyyət göstərəcəklərinə qərar veriblər. Əlbəttə, bunun da gələcəkdə Türkiyə dövləti üçün müəyyən təhlükəli cəhətləri ola bilər. Ona görə də Türkiyə dövləti daim güclü olmalıdır ki, gələcəkdə hər hansı bölücülük, separatçılıq təhdidləri ilə üzləşməsin və PKK da yenidən xortlamasın, baş qaldırmasın.
Bugünkü gün üçün isə ən böyük uğur və nəticə odur ki, daha bundan sonra günahsız türk vətəndaşlarının qanı axıdılmayacaq, türk əsgərləri və polisləri şəhid olmayacaqlar. Bundan sonra dinc vətəndaşlar Türkiyənin hər yerində terror qorxusu olmadan yaşaya və hərəkət edə biləcəklər. Eyni zamanda, ABŞ, İsrail və Fransadan tutmuş Rusiya, İran və İsveçə qədər, ən müxtəlif ölkələrin PKK üzərindən Türkiyəyə qarşı təhdid və təzyiqlərinin önü kəsilmiş olacaq. Onlar PKK vasitəsilə Türkiyənin xarici siyasətinə, geosiyasi hədəflərinə təsir etmək rıçağını itirmiş oldular. Daha bir önəmli məqam isə ondan ibarətdir ki, Türkiyə dövləti hər il terrorla mübarizə üçün ayrılan külli miqdarda maliyyə vəsaitini bundan sonra ölkə iqtisadiyyatının inkişafına yatırmaq imkanı qazanır.
Milli birlik və həmrəylik baxımından da bu hadisənin əhəmiyyəti olduqca böyükdür. PKK-nın bölücülük fəaliyyəti Türkiyədə milli birliyə nail olunmasına ciddi şəkildə əngəllər yaradırdı. Ərdoğanın ifadəsi ilə desək, xarici güclər PKK üzərindən Türkiyədə daim milli-etnik zəmində ədavəti körükləyir, kürd-türk düşmənçiliyini süni şəkildə qızışdırırdı. Lakin bundan sonra bu kimi fəaliyyətlər də bir xeyli dərəcədə səngiyəcək.
İndi Türkiyədə tam şəkildə milli birlik və bərabərliyi təmin etmək üçün əlverişli zəmin yaranır. Həmçinin, beynəlxalq məsələlərdə Türkiyə dövlətinin əlinin güclənməsini müşahidə edəcəyik.
Bütün bunlar Türkiyənin bölgədə və dünyada rolunun daha da artmasına təkan verəcək. Terrorsuz Türkiyə Azərbaycanın maraqlarına da uyğundur. Biz qardaş ölkədə daim sabitliyin hökm sürməsini istəyirik. Bu mənada, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin PKK terror təşkilatının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubunda sözügedən qərarın icrası istiqamətində Türkiyə dövlətinə və xalqına uğurlar diləməsi heç də təsadüfi deyil. "Terrorsuz Türkiyə" hədəfinə çatmaq Türkiyə dövlətini daha da gücləndirəcək. Güclü Türkiyə və güclü Azərbaycan isə birlikdə daha böyük hədəflərə nail ola bilərlər.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 13 May 2025 22:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri