Icma.az
close
up
RU
“Terrorsuz Türkiyə” təşəbbüsü çərçivəsində hazırlanan qanun qüvvəyə minib

“Terrorsuz Türkiyə” təşəbbüsü çərçivəsində hazırlanan qanun qüvvəyə minib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ankara, 18 avqust, AZƏRTAC

“Terrorsuz Türkiyə” təşəbbüsü çərçivəsində hazırlanan “Milli həmrəyliyin və sosial inteqrasiyanın gücləndirilməsi haqqında” qanun avqustun 18-də Türkiyə Nazirlər Kabinetinin mətbuat orqanı olan “Resmi Gazete”də dərc edilib.

AZƏRTAC xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində avqustun 10-də qəbul edilən 12 maddədən ibarət olan qanunun məqsədi zorakılıq yolundan imtina etmiş cinayətkar təşkilat üzvlərinin cəmiyyətə yenidən inteqrasiyasının təmin olunmasıdır.

Sənədə əsasən, terror təşkilatının tərkibində törətdikləri qanunazid əməllərə görə 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan şəxslər barəsində cəzanın icrası 5 il müddətinə təxirə salına biləcək. Əməllərinə görə 15 ildən artıq və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan şəxslər üçün isə bu müddət 10 il olacaq.

Qanundan faydalanmaq istəyən şəxslər 6 ay ərzində müraciət edə biləcəklər. Bununla yanaşı, cəzanın icrasının təxirə salınması iddia müddətinin başa çatmasına görə cinayət məsuliyyətindən azad edilmək üçün əsas hesab olunmayacaq.

Terrorçu PKK-nın rəhbərləri, qəsdən adamöldürmə cinayəti törətmiş terrorçular, habelə 2005-ci il iyunun 1-dək ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan, xüsusilə, ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxslər çərçivə qanununun tələblərindən faydalana bilməyəcəklər.

Prosesə nəzarəti Türkiyənin Ədliyyə, Xarici İşlər və Daxili İşlər nazirlikləri, Prezident Administrasiyasının Katibliyi, Milli Kəşfiyyat Təşkilatı və Milli Təhlükəsizlik Şurasının Katibliyinin birgə iştirakı ilə formalaşdırılacaq xüsusi qurum həyata keçirəcək.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Avqust 2026 02:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri