Icma.az
close
up
RU
Terrorsuz Türkiyə yolunda yaşıl işıq

Terrorsuz Türkiyə yolunda yaşıl işıq

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

PKK-nın silahı yerə qoyması ölkəni yeni gələcəyə aparacaq

Türkiyədə terror problemi illərdir qardaş ölkənin başağrısına çevrilib. Ankara mövcud enerjisini bu beynəlxalq bəlaya sərf etməklə siyasi, iqtisadi və sosial hədəflərindən xeyli geri düşüb. Türkiyə iqtisadi gəlirlərinin böyük bir hissəsini terrorla mübarizəyə sərf etməyə məcbur olub. Ötən əsrin 70-80-ci illərində Türkiyə dövlətinə qarşı qurulmuş PKK terror təşkilatı 40 minə yaxın insanın ölümünə səbəb olub. Bu terror təşkilatı ASALA erməni terror təşkilatının davamıdır və təsadüfi deyil ki, PKK-lı terrorçuların içərisində erməni millətindən olanlar da kifayət qədərdir. Onlar bu gün də fəaliyyət göstərməkdədirlər.

“Apo“ ləqəbi ilə tanınan Abdullah Öcalan PKK-nın qurucularından və ilk liderlərindəndir. 1978-ci il noyabr 28-də Diyarbakırın Lice rayonunda qurulan PKK Avropa Birliyi, Amerika Birləşmiş Ştatları (ABŞ), Böyük Britaniya, Fransa, Türkiyə və bir çox başqa dövlətlər tərəfindən rəsmən terror təşkilatı elan edilib.

Öcalan 1999-cu ildə Nayrobidə Keniya təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirildikdən sonra 15 fevral 1999-cu ildə Türkiyəyə təhvil verilib. 1999-cu il aprelin 28-də Türkiyə Cəza Məcəlləsinin 125-ci maddəsinə əsasən, vətənə xəyanət maddəsi ilə “Apo” barəsində ölüm hökmü istənilib. O, 1999-cu il iyunun 29-da “silahlı terror təşkilatı yaratmaq və ona rəhbərlik etmək” ittihamı ilə edam cəzasına məhkum edilsə də, sonradan cəzası ömürlük həbslə əvəz edilib. “Apo” hazırda İmralı həbsxanasında cəzasını çəkməkdədir.

* * *

Ötən ilin sonlarında partiyasının qrup toplantısında çıxış edən Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı İmralı həbsxanasında olan Kürdüstan Fəhlə Partiyasının (PKK) lideri Abdullah Öcalana bir daha çağırış edərək, “terrorçu liderə qarşı təcrid aradan qaldırılarsa, gəlsin, Türkiyə Böyük Millət Məclisinin DEM (Xalqların Azadlıq və Demokratiyası) Partiyasının qrupunun toplantısında danışsın” – demiş və əlavə etmişdi ki, “terrorun tamamilə sona çatdığını, təşkilatın ləğv edildiyini bəyan etsin”. D.Baxçalı, həmçinin “bununla bağlı qanuni tənzimləmələr edilməli və bundan faydalanmaları üçün yollar açılmalıdır” – deyə bildirmişdi. O qeyd etmişdi ki, “hər kəs ittifaqda olsa, əlimizi deyil, bədənimizi belə daşın altına qoymağa, üzərimizə düşəni etməyə hazırıq. Nə Qəndil, nə də Ədirnə, ünvan İmralıdan DEM-ə qədər uzanmalı, bu ciddi və tarixi terror problemi ölkənin gündəmindən tamamilə çıxarılmalıdır”.

Gözlənilən an gəldi və DEM-in partiya heyəti Öcalanla son görüşdən sonra İstanbuldakı “Elite World” otelində Xalqların Azadlıq və Demokratiya Partiyasının (DEM) millət vəkillərinin keçirdiyi “Sülh və demokratik cəmiyyətə çağırış” toplantısında Öcalanın çoxdan gözlənilən açıqlaması oxundu.

Abdullah Öcalan PKK-ya və bütün terrorçu qruplara çağırış edərək, PKK-nın qurultayının keçirilməsi, təşkilatın ləğv edildiyini elan etməsi, silahların yerə qoyulması mesajlarını çatdırdı.

Bu çağırış Türkiyə cəmiyyəti tərəfindən müsbət qarşılanmışdır. Prezident Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) genişləndirilmiş vilayət başçıları yığıncağındakı çıxışında “Türkiyənin gələcəyində terrora yer olmadığını hər kəsin anlamasını gözləyirik. Ümid edirik ki, Xalq Birliyinin açdığı tarixi fürsət pəncərəsi şəxsi mənfəətlərə qurban verilməyəcək”. Terrorla bağlı Türkiyə Böyük Millət Məclisi və siyasi aktorlar da daxil olmaqla bütün maraqlı tərəflərə müraciət edən Ərdoğan “millət olaraq terrorsuz Türkiyəni birlikdə qurmaq istəyirik” dedi. Bu zaman ana müxalifət partiyası – CHP lideri Özgür Özəl Baxçalının Öcalanı TBMM-ə gəlib, terror təşkilatını silahı yerə qoymağa çağırmasından danışarkən, “mən də əlimi qaldırıram” demişdi. Türkiyə siyasi elitasında bu məsələ ilə bağlı fərqli fikirlər səsləndirilsə də, terrorun bitməsini hər kəsin istədiyi anlaşılandır.

PKK Abdullah Öcalanın fevralın 27-də təşkilata silahı yerə qoyaraq özünü ləğvetmə çağırışı ilə atəşkəs elan etdiyini açıqlaması müxtəlif kürd qruplarında müzakirələrə səbəb olub. Atəşkəsin martın 1-dən qüvvəyə mindiyi açıqlanıb. Təşkilat, həmçinin Öcalanın çağırışının məzmunu ilə razılaşdığını və onun tələblərinə əməl edəcəyini bildirib.

Tanınmış tarixçi-araşdırmaçı Sərdar Kozan Türkiyə ictimaiyyətinin bu mövzuya münasibəti, eləcə də baş vermiş tarixi hadisə ilə bağlı XQ-nin suallarını cavablandırır.

– Sərdar bəy, Öcalanın çağırışında daha nələr var?

– Öcalanın bəyanatında açıq deyilib: “Hörmətli Dövlət Baxçalının etdiyi çağırış, cənab Prezidentin nümayiş etdirdiyi iradə və digər siyasi partiyaların məlum çağırışa müsbət yanaşmaları nəticəsində yaranan bu durumda silahı yerə qoymağa çağırıram və bu çağırışın tarixi məsuliyyətini öz üzərimə götürürəm”. Bu o deməkdir ki, terrorçu lider bu yolla heç bir nəticəyə varılmayacağını anlamışdır. İstanbulda Öcalanın “Sülh və Demokratik Cəmiyyətə Çağırış” başlıqlı mətninin kürdcə versiyasını keçmiş Mardin Böyükşəhər Bələdiyyəsinin sədri, Əhməd Türk, türkcə variantını isə DEM Partiyası Van millət vəkili Pervin Buldan oxuyub. Bu olay Türkiyə tarixinə çox önəmli bir hadisə olaraq düşəcək.

– Bu müraciət bütün kürd qruplarına edilib. PKK-nın onu qəbul etdiyi açıqlanmışdır, amma Suriyadakı YPG və PYD bunu qəbul etmədiyini bildirib. Bu durum nədən xəbər verir?

– Bu, onu göstərir ki, Suriyada olan terror qruplarının “patronu” Öcalan deyil, PYD və YPG ABŞ-ın nəzarətindədir. Türkiyə diplomatik olaraq Amerika ilə bu məsələni müzakirə edəcək. Suriyanın mərkəzi hakimiyyəti də ölkəsindəki bu terror qurumlarının ləğvi istiqamətində fəaliyyət göstərir. Terrorla mübarizə Türkiyənin əsas prioritetidir. Görünür, həmin qrupların ləğv edilməsi işi Türkiyənin ordusunun, güc strukturlarının üzərinə düşəcək. Türkiyə bu işdə qərarlıdır. Terror yox ediləcək.

– Bu proses Türkiyənin gələcək siyasətinə necə təsir edəcək?

– Türk-kürd münasibətlərinin 1000 ildən çox tarixi var. Türklər və kürdlər öz varlıqlarını qorumaq və hegemon güclərə qarşı ayaqda qalmaq üçün könüllü bir ittifaqda olmağı həmişə zəruri hesab ediblər. Son 200 ildə imperialist qüvvələr ilk növbədə bu ittifaqı parçalamağı hədəfləyiblər. Buna qismən nail oldular. Amma zaman göstərdi ki, bu iki xalqı bir- birinə düşmən eləmək mümkün deyil.

Təsirə məruz qalan güclər, öz sinfi bazası ilə birlikdə, Türkiyəyə xidməti prioritet hesab etdilər. Bəzi kürd siyasi qruplar kənardan idarə olunmağa başlamışdı və ortaya belə bir mənzərə çıxdı. Nəhayət, kürd siyasi elitası da anlamağa başlayıb ki, keçmiş “mübarizə” üsulu ilə uğur qazanmaq olmaz . Həm də bunun özü xalqlar arasında min illər boyu var olan münasibətləri zədələyir. Əsas vəzifə bu gün çox kövrəkləşmiş tarixi münasibəti inanclardan kənar qalmadan, qardaşlıq ruhunda yenidən qurmaqdır. Demokratik cəmiyyətə ehtiyac qaçılmazdır. Cümhuriyyət tarixinin ən uzun və ən əhatəli üsyan və şiddətli hərəkatı olan PKK ləğv edilməlidir. Hər bir siyasi xadim bunun fərqindədir.

– Bu, belə nəticənin qaçılmaz olduğu anlamına gələ bilərmi?

– Əlbəttə, ifrat millətçi hərəkatın qaçılmaz nəticəsi ortadadır. Ayrı-ayrı milli dövlətlər, federasiyalar, inzibati muxtariyyət və mədəni həllər tarixi cəmiyyətin sosiologiyasına cavab ola bilməz. Kimliklərə hörmət, özünü ifadə etmək azadlığı, demokratik təşkilatlanma, bütün təbəqələrin əsas götürdüyü sosial-iqtisadi və siyasi strukturlar yalnız demokratik cəmiyyətin və siyasi sferanın mövcudluğu ilə mümkündür. Cümhuriyyətin ikinci əsri yalnız demokratiya ilə taclandığı zaman daimi və qardaşlıq münasibətlərinin bərqərar olmasını tələb edir. Sistem axtarışları və həyata keçirilməsi üçün demokratiyadan kənar heç bir yol yoxdur, ola da bilməz. Demokratik kompromis əsas üsuldur. Bu hadisə Türkiyə dövlətinin böyüklüyünün göstəricisidir.

– “Terrorsuz Türkiyə” üçün Türkiyə Cümhuriyyəti bundan öncə də cəhdlər etmişdi, amma nıticəsiz qalmışdı. İndiki durumda bu prosesin uğurlu olacağına ümid etmək olarmı?

– Məsələnin həlli üçün Türkiyə bütün dövrlərdə çalışmışdır. Son proses 2013-2015-ci illər arasında olmuşdu. Bu proses kürd probleminin sülh yolu ilə həlli məqsədi ilə başladılmışdı. O zamankı şərtlər başqa idi. Amma Türkiyə yenə də buna cəhd etmişdi. Prosesin əsas elementlərinə tərksilah, demokratik islahatlar və kürd kimliyi hüquqlarının genişləndirilməsi daxil idi. Bu danışıqlarda da PKK lideri Öcalan əsas rol oynamışdı. Lakin 2015-ci ildə münaqişənin bərpası ilə həll prosesi kənar müdaxilələr nəticəsində faktiki olaraq başa çatdı. İndiki situasiya tamam fərqlidir. Türkiyə əvvəlki Türkiyə deyil və artıq dövlətimiz regional gücdən qlobal gücə çevrilib. Həll edə bilməyəcəyi bir məsələ yoxdur. “Terrorsuz Türkiyə” yolunda bu addımın uğurlu olacağına inanıram.

Söhbəti qələmə aldı:
Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri

Hadisənin gedişatını izləmək üçün Icma.az-da ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://xalqqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Finlandiya prezidenti Ukrayna ilə bağlı maraqlı şərt irəli sürdü: ABŞ Rusiya ilə yan yana ola bilməz

05 Mart 2025 11:03see130

“Abşeron” və “Milli Aviasiya Akademiyası” turu qələbə ilə bitirib

05 Mart 2025 01:34see126

Ekoloqlar yanğın yerinə GETDİLƏR

05 Mart 2025 11:03see125

İlon Mask amerikalıların şəxsi məlumatlarını araşdırmaqda ittiham olunur

05 Mart 2025 11:03see124

Çin hərbi büdcəsini kəskin artıracaq

05 Mart 2025 20:40see123

Dağıstanda silahlı toqquşma: 4 terrorçu öldürüldü YENİLƏNİB

05 Mart 2025 08:40see122

Gəncədə avtomobillər toqquşdu: Yaralı var Fotolar

05 Mart 2025 21:04see121

Ərdoğan və İlham Əliyev iftar süfrəsində

05 Mart 2025 21:24see119

Qaraciyər üçün ən faydalı qidalar Kələm, balıq, avokado

05 Mart 2025 07:20see117

Alimlər ən qədim quşlardan birini aşkar etdilər

04 Mart 2025 15:58see115

Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR 10 12 martdan…

05 Mart 2025 04:30see114

Dövlət qurumlarına məxsus nəqliyyat vasitələri satışa çıxarılır

05 Mart 2025 09:09see114

Ermənilərin ABŞ dən deportasiyası: “Tramp belə addımlarla öz nüfuzunu…”

04 Mart 2025 22:26see113

Starbucks Rusiya bazarına qayıdır

05 Mart 2025 07:41see113

ABŞ da güclü külək: 500 mindən ev işıqsız qalıb

05 Mart 2025 21:08see112

ABŞ qanunsuz miqrasiyaya şərait yaradan xarici rəsmilərə qarşı sanksiyalar tətbiq edəcək

06 Mart 2025 00:46see112

Lənkəranda yanğın zamanı ata və oğlu xəsarət alıb

06 Mart 2025 03:28see112

Deku rəğbət bəsləyir, Flik isə tam əmin deyil

05 Mart 2025 22:57see112

Bakının məşhur restoranlarında iftar süfrəsinin qiymətləri SİYAHI

05 Mart 2025 09:02see110

Rusiyalı deputat Rusiyaya qarşı sanksiyaları ləğv etməməyi xahiş edir...

06 Mart 2025 00:06see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri