Icma.az
close
up
RU
“Terrorsuz Türkiyə” yolunda vacib mərhələ

“Terrorsuz Türkiyə” yolunda vacib mərhələ

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hazırda dostluq, qardaşlıq münasibətləri zirvədə olan Azərbaycan və Türkiyə daim “bir millət iki dövlət” fəlsəfəsinə uyğun davranır, həmişə bir-birinin sevincinə şərik çıxır, kədərini bölüşür. Bu günlərdə Türkiyədən gələn xoş xəbər  - PKK terror qruplaşmasının özünü ləğv etməsi qardaş ölkənin özündə olduğu kimi, respublikamızda da böyük sevinc hissi ilə qarşılanıb. Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə əlaqədar Türkiyə xalqını təbrik edib. Dövlətimizin başçısı “X” sosial şəbəkə hesabında bununla bağlı etdiyi paylaşımda bildirib: “Başda əziz Qardaşım, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla bütün qardaş Türkiyə xalqını PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı münasibətilə ürəkdən təbrik edirəm”.

Azərbaycan da terrordan əziyyət çəkən ölkədir

Qardaş Türkiyənin uzun illər ərzində əziyyət çəkdiyi terrorizm respublikamız üçün də olduqca həssas məsələdir. Azərbaycan da terrordan əziyyət çəkən ölkələr sırasında yer alır. Qısa müstəqillik tariximizdə Azərbaycanın suverenliyini sarsıtmağa, respublikanın ərazi bütövlüyünü təhdid etməyə, insanlarda qorxu, vahimə yaratmağa hesablanan terrorların mənbəyi rolunda ölkəmizə qarşı ötən əsrin doxsanıncı illərinin əvvəllərindən etibarən təcəvüzkalıq siyasəti həyata keçirmiş Ermənistan çıxış edib. Ümumiyyətlə, tarixi Azərbaycan torpaqlarında ermənilərin məskunlaşdırılması regionda sabitlik və təhlükəsizlik üçün ciddi təhdidə çevrilib.

Müstəqillik dövründə  Ermənistan otuz il ərzində işğal altında saxladığı ərazilərimizdən terrorçuların hazırlanması və təlim keçmələri, həmçinin narkotik yetişdirilməsi və tranziti məqsədilə istifadə edib. İşğal altındakı ərazilərdə Azərbaycan xalqının əsrlər boyu yaratdığı maddi mədəniyyət nümunələrinin ermənilər tərəfindən vəhşicəsinə dağıdılması və yaxud özününküləşdirilməsinə cəhdlər göstərilməsi terrorun xüsusi bir formasıdır. Ötən əsrin 90-cı illərində Ermənistanın xüsusi xidmət orqanlarının hazırladıqları terrorçular Bakı metrosunda bir neçə partlayış törətməyə nail olublar. 1994-cü il martın 19-da Bakı metropoliteninin “20 Yanvar” stansiyasında törədilən terror nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. İstintaq nəticəsində müəyyən edilib ki, bəhs olunan terroru həyata keçirən dəstə Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi terror-təxribat hazırlığı keçib. İstintaq zamanı müəyyənləşdirilib ki, təxribatçılar təlimata uyğun olaraq, “20 Yanvar” stansiyası ilə yanaşı, Bakının “Nizami” kinoteatrında, Respublika sarayında (indiki Heydər Əliyev sarayı-red.) və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırıblar.

Metronun “20 Yanvar” stansiyasında törədilən terrordan cəmi bir neçə ay sonra - 1994-cü il iyulun 3-də erməni terrorçuları Azərbaycana qarşı növbəti cinayətlərini həyata keçiriblər. Bakı metrosunun “28 May” və “Gənclik” stansiyaları arasında qatarda törədilən partlayış nəticəsində 13 nəfər həlak olub, 42 nəfər yaralanıb. Terror aktını törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Azər Aslanov öz ifadələrində bildirib ki o, Bakı metropolitenində terror aktı törətmək göstərişini erməni əsirliyində olarkən, erməni yazıçısı Zori Balayandan alıb. Yeri gəlmişkən, qeyd edək ki, Zori Balayanın özü də qələmə aldığı məqalələrində Azərbaycanda həyata keçirdikləri terrorlardan bəhs edib. Bütün bu kimi faktlar onu deməyə əsas verir ki, Ermənistanda Azərbaycana qarşı terrorun dəstəklənməsi ayrıca bir ideologiya kimi dövlət və milli səviyyəyə qaldırılıb.

Ermənistanın Azərbaycana qarşı dövət səviyyəsində həyata keçirdiyi mina terroru xüsusi amansızlığı ilə fərqlənir. Azərbaycan dünyada minalarla ən çox çirklənmiş (Avropada ikinci)  və bunun ağır fəsadlarını öz üzərində hiss edən ölkələr sırasında yer alır. İşğalın davam etdiyi 30 il ərzində ərazilərimizin iyirimi faizi boz zonaya çevrilib, orada ən ağlasığmaz yerlərdə çoxsaylı minalar basdırılıb. Respublikamızda 4 minə yaxın insan mina terrorunun qurbanı olub. Eyni zamanda, mina terroru 44 günlük Vətən müharibəsindən və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərindən sonrakı mərhələdə də davam edir.  Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, postmünaqişə dövründə 400-ə yaxın vətəndaşımız mina partlayışında həyat və sağlamlığını itirib.

Milli səviyyədə terrorizmə qarşı sistemli mübarizə

Azərbaycan terrordan əziyyət çəkən ölkə olaraq bu dəhşətli bəlaya qarşı qlobal mübarizə tədbirlərində yüksək fəallıq göstərir. Ölkəmizin nümunəsi və uğurlu fəaliyyəti  Avropa Şurasının “Çirkli Pulların Yuyulmasına və Terrorizmin Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi”nin (MONEYVAL) hesabatında yüksək qiymətləndirlib. Hesabatda son beş il ərzində Azərbaycanda bir neçə qiymətləndirmə kriteriyası üzrə görülmüş işlər, əldə edilmiş nailiyyətlər qiymətləndirilərək məqbul hesab edilməklə, gələcəkdə bu sahələr üzrə qarşıda duran işlərə dair tövsiyələr qeyd olunub.

MONEYVAL və digər beynəlxalq qurumlar tərəfindən respublikamızın terrorizmə qarşı mübarizə təcrübəsinin yüksək dəyərləndirlməsi heç də təsadüfi deyil. Azərbaycanın terrorizmə qarşı mübarizəsi sistemli səciyyə daşıyır. Aparılan ardıcıl mübarizə həm cəmiyyətimizin xarakterinə və istəyinə, həm də dövlətin güclü siyasi iradəsinə əsaslanır. Ölkəmizdə terrorizmə qarşı mübarizə sahəsində milli qanunvericilik davamlı olaraq beynəlxalq öhdəliklərə uyğunlaşdırılır. Hazırda respublikamız terrorçuluğa qarşı mübarizə üzrə mövcud 12 beynəlxalq konvensiyanın hamısına tərəf olaraq qoşulub. Milli qanunvericiliyin davamlı şəkildə təkmilləşdirilməsi institusional islahatlarla dəstəklənir. Respublikamızda müvafiq sahədə əsas səlahiyyətli dövlət qurumları Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətidir. Hüquq-mühafizə qurumları ilə yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər aidiyyəti qurumlar tərəfindən terrorçuluğa qarşı mübarizədə preventiv və sosial xarakterli tədbirlər görülərək fəaliyyətlər uzlaşdırılır. Maliyyə Monitorinqi Xidməti ölkənin əsas maliyyə kəşfiyyatı qurumu olaraq terrorçuluğun maliyyələşdirilməsi və çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsində ixtisaslaşıb. Qurumun institusional əsası və funksiyaları İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) standartlarına uyğunlaşdırılıb.

Digər ölkələrlə imzalanan ikitərəfli, üçtərəfli və çoxtərəfli sazişlərlə yanaşı, Azərbaycan terrorçuluğa qarşı mübarizə sahəsində regional və beynəlxalq əməkdaşlıq mexanizmlərində də fəal iştirak edir. Ölkəmizin terrorçuluğa qarşı mübarizə sahəsində sıx əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar arasında  BMT-nin Terrorçuluqla Mübarizə İdarəsini, ATƏT-in Transmilli Təhdidlər Departamentini, Avropa Şurasının Terrorçuluğa qarşı mübarizə üzrə Ekspertlər Qrupunu (CODEXTER), eləcə də GUAM, Avropa İttifaqı, MDB, Şanxay Əməkdaşlıq Təşkilatını və digərlərini qeyd edə bilərik.

Qardaş Türkiyənin həyatında yeni dönəm

Sosial şəbəkə hesabındakı paylaşımında  alınmış qərarın tam icrası istiqamətində Türkiyə dövlətinə və xalqına uğurlar arzulayan Prezident İlham Əliyev vurğulayıb: “Əziz Qardaşımın bəyan etdiyi “Terrorsuz Türkiyə” hədəfinə çatmaqda vacib mərhələ olan bu hadisə dövlətçilik yolunda ölkədə aparılan qətiyyətli siyasətin nəticəsi, güclü liderliyin və sarsılmaz iradənin, milli birliyin və həmrəyliyin təntənəsidir”.

Məlumat üçün bildirək ki, PKK Abdullah Öcalan tərəfindən 27 noyabr 1978-ci ildə yaradılıb. Qurum əsasən Türkiyənin şərq və cənub-şərqində, eləcə də qonşu çoğrafiyalada - İraqın və Suriyanın ərazilərində fəaliyyət göstərib. Separatizmə əsaslanan bu fəaliyyətin əsas məqsədi özünüidarə sistemi qurmaq olub.

Əlbəttə, PKK-nın onilliklər ərzində mövcud olması ilk növbədə xarici dəstək amilindən qaynaqlanıb. Məlumdur ki, qardaş ölkənin silahlı qüvvələri mütəmadi qaydada Türkiyənin və qonşu dövlətlərin ərazilərində separatçı-terrorçu qruplaşmaya qarşı davamlı şəkildə uğurlu əməliyyatlar keçirib. Bununla belə, məhz bəzi xarici dövlətlərdən gələn yardımlar sayəsində PKK ayaqda qalmağı bacarırdı. Qurumun özünü ləğv etməsi Türkiyənin onillikləri əhatə edən qətiyyətli mübarizəsinin nəticəsidir. Bununla qardaş ölkənin daxili və xarici təhlükəsizliyinin təmin olumasında yeni bir dönəm başlayıb. Prezident İlham Əliyev Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güləri qəbul edərkən PKK terror qruplaşmasının ləğvi məsələsində Türkiyə Prezidentinin siyasi iradəsinin ən başlıca rol oynadığını qeyd edib.

Bununla yanaşı, dövlət başçısı vurğulayıb ki, Türkiyə dövlətinin gücü, qardaş ölkənin silahlı qüvvələrinin terrorçularla peşəkarcasına mübarizə aparması, Türkiyə cəmiyyətindəki birlik də terror qruplaşmasının bu addımı atmasında əsas amillərdəndir.

Mübariz ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 May 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 iyun dünyanı dəyişə bilər ŞƏRH

17 İyun 2026 18:55see346

Trampın “böyük razılaşması”: İranla münasibətlərdə yeni səhifə açılır?

17 İyun 2026 16:23see303

Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib

17 İyun 2026 19:24see237

Abdul Hüseynov: “Tarixi binaların sökülməsinə qərar verən şəxslər səlahiyyətlərindən yəqin düzgün istifadə edərlər”

17 İyun 2026 20:23see220

ABŞ İranı niyə məğlub edə bilmədi? ŞOK HƏQİQƏT

17 İyun 2026 14:46see194

İngiltərə DÇ ya möhtəşəm başladı YENİLƏNİB

18 İyun 2026 02:01see185

Dünya çempionatı: Norveç qələbə qazanıb

17 İyun 2026 04:21see184

Rəşad Sadıqov "Zirə"nin rəqibindən danışdı: Gözlənilməz oldu

17 İyun 2026 01:52see181

Neft emalı zavodlarına edilən hücumlar “kömək etdi”...

17 İyun 2026 19:43see176

Holand atasından 32 sonra dünya çempionatında debüt edib

17 İyun 2026 02:41see169

Maskdan 60 milyard dollarlıq plan

17 İyun 2026 03:52see167

Diddi həbsdən nə vaxt çıxacaq? Tarix açıqlandı

18 İyun 2026 02:32see166

Bişirməzdən əvvəl hansı qidalar yuyulmamalıdır?

18 İyun 2026 00:13see165

2023 cü ildə bizə zəng vurdular ki, eviniz hazırdır Sakin şirkət tərəfindən aldadıldığını İDDİA ETDİ

17 İyun 2026 22:09see163

Hilalın altında Bakı... Foto

18 İyun 2026 00:18see163

Azərbaycanda pensiya ilə bağlı mühüm qərar: 12 gün sonra… RƏSMİ

18 İyun 2026 06:24see163

“ABŞ ordusu bir müddət Körfəzdə qalacaq”

18 İyun 2026 03:01see160

Vens: ABŞ İran razılaşması İsrail, Livan və Körfəz ölkələrini də əhatə edəcək

17 İyun 2026 01:48see150

Tramp və Pezeşkian ABŞ İran sazişinin nüsxəsini imzalayıblar

18 İyun 2026 05:01see147

Azərbaycanda kraudfandinq fəaliyyəti tənzimlənəcək

17 İyun 2026 14:50see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri