Icma.az
close
up
RU
Tərs istiqamət ... Elektrikli avtobuslara keçid ictimai nəqliyyatı ucuzlaşdırmalı idi, əksinə gediş haqqını artırdılar

Tərs istiqamət ... Elektrikli avtobuslara keçid ictimai nəqliyyatı ucuzlaşdırmalı idi, əksinə gediş haqqını artırdılar

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

İctimai nəqliyyatda gediş haqqı oktyabrın 1-dən 60 qəpik oldu. Eyni zamanda metroda və müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) 60 qəpik müəyyən edilib. Lakin bir sıra marşrut xətlərində qiymət artımı 60 qəpikdən daha çox olacaq.İctimai nəqliyyatda qiymət artımı hansı zərurətdən yaranır?İctimai nəqliyyatda keyfiyyət dəyişəcəkmi?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, ictimai nəqliyyatda qiymət qalxırsa, hər bir şeydə, özünü göstərəcək: “İctimai nəqliyyatda heç bir zərurət olmadan qəfildən bu cür qərar veriləndən sonra qiymətin qalxması düzgün hesab olunmur. Bizim həyatımız demək olar ki, nəqliyyatdan asılıdır. İctimai nəqliyyatda qiymət qalxırsa, hər bir şeydə, özünü göstərəcək. Adi bir ərzaq mağazasında belə nəqliyyatdan istifadə olunduğu üçün orda az da olsa, qiymət qalxırsa, deməli bütün qiymətlərin qalxmasına gətirib çıxaracaq. Ümumiyyətlə, dünya təcrübəsində ən azından qonşu ölkələrə nəzər yetirsək, ictimai nəqliyyatda, yaxud başqa bir sahədə qiymət qalxırsa, bu artım ilin əvvəlinə - yanvar ayına təsadüf edir. Qiymətlər qalxmazdan qabaq əhalinin normal yaşamasını da nəzərə almaq lazımdır. Ona görə birinci nisbətən aməkhaqqı qaldırılmalıdır. Yanacaq qalxmadan bu cür qiymətlərin qalxmasını süni qiymət artımı kimi qiymətləndirmək olar. Get-gedə dünyanın hər yerində kimi, bizdə də elektrik avtobuslara, avtomobillərə keçid olur. Bu da daha ucuz başa gəldiyi üçün qiymətlərin qalxmağı yox, ucuzlaşması gözlənilən idi. Qiymətlərin qalxması istər-istəməz hamıya təsir edəcək”.

Nəqliyyat eksperti qeyd edib ki, intervallar arası avtobuslarda 5-10 dəqiqə yazıldığına baxmayaraq, dayanacaqlarda 15-20 dəqiqə gözləyirsən: “Həftələr öncə danışıldı ki, sərnişinlər arasında təqaüd alan insanlar üçün müəyyən güzəştlər olunacaq. Sonra qəfil bu qərarın verilməsindən belə çıxır ki, digər sərnişinlər yüklənir. Məsələn; təqaüd alan və tələbələr üçün olan güzəştləri digər sərnişinlər qarşılamalıdır. Bu da təəssüf ki, heç cür düzgün hesab olunmayan məqamdır. Bizdə avtobuslar yenilənsə də, pik vaxtlarda avtobusda oturmağa yer tapa bilmirik. Nəinki avtobusda, heç metrolarda da. Hamımıza bəllidir ki, səhərlər pik vaxtlarında metronun nəinki vaqonları, metronun girişindən belə bütün koridor, pilləkənlər sərnişin axını ilə dolu olur. Əvvəlcə məsələn; qatarların sayı çoxalmalıdır. Normalda bir dəqiqədirsə, 30 saniyədən bir gəlməlidir ki, sərnişinlər bir-birinin "belində" getməsin, heç olmasa normal nəfəs almaq mümkün olsun. İntervallar arası avtobuslarda 5-10 dəqiqə yazıldığına baxmayaraq, dayanacaqlarda 15-20 dəqiqə gözləyirsən. Avtobus zolaqları olsa belə, avtobuslar yollar bağlı olan vaxtlarda, pik olan zamanda süni maneə ilə rastlaşır, keçib gedə bilmir. Məsələn; Yusif Səfərov küçəsini keçib “28 May” tərəfə keçmək üçün orda nə qədər avtobus varsa, hamısı yığışıb xəttə qalır. Əlavə 15-20 dəqiqə əlavə tıxac yaranırsa, deməli bu da gecikməyə gətirib çıxarır. Əsas keyfiyyət tək avtobusların dəyişməsi deyil, onun gecikməməsidir həm də. Yəni A nöqtəsindən 20 dəqiqə sonra B nöqtəsində ola bilərik.

Dəfələrlə vurğulayıram ki, avtobus zolaqları olsa da, biz gedib vaxtında çıxa bilmirik. Əgər axırıncı dayanacaqda minmiriksə, metrolara minmək mümkün olmur. Orda insanlar zədələnir. Ürəyi zəif olan, ümumiyyətlə, səhhətində problem olan insan üçün çox təhlükəlidir. Birinci bu məsələlər həll olunmalı idi, sonra qiymətlər dəyişdirilə bilərdi. Çox təəssüf ki, bizdə həmişə tərsinə olur. Əvvəl qiymətlər qalxır, sonra gözləyirik ki, nəsə dəyişiklik olacaq. Biz tıxacın azalmasını istəyiriksə, elə etməliyik ki, insanların marağı avtomobillərə yox, ictimai nəqliyyatdan istifadə etməyə olsun”.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 08 Oktyabr 2025 22:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri