Icma.az
close
up
RU
Tərsinə qurulmuş təhsilin tərsinə qurulmuş təbliğatı...

Tərsinə qurulmuş təhsilin tərsinə qurulmuş təbliğatı...

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

“...Nazir müəllimlərin əməkhaqqı sistemi ilə bağlı təklif etdiyi islahata dair izahlar versə də, bir neçə vacib məqam həm siyasi kommunikasiya baxımından, həm sosial psixologiya baxımından, həm də idarəetmə mədəniyyəti baxımından suallar doğurur...”

“Uzaq qəsəbələrdə yaşayan və saathesabı  çalışan müəllimlərin sosial vəziyyəti nəzərə alınmayıb.  Hələ də yüzlərlə məktəb laboratoriyasız, kitabxanasız, interneti zəif, sinifləri soyuq vəziyyətdədir...”

Moderator.az tanınmış təhsil eksperti, dosent İlham Əhmədovun “Tərsinə qurulmuş təhsilin tərsinə qurulmuş təbliğatı...” başlıqlı növbəti analitik yazısını təqdim edir:  

“Elm və təhsil naziri  Emin Əmrullayev öz sosial şəbəkə profilində status paylaşıb:  

“Bir daha qeyd etmək istəyirəm ki, müzakirə mədəniyyəti hər bir işin təkmilləşməsində mühüm rol oynayır. İstənilən iş müzakirə edilərsə, daha təkmil olar. Çünki atalarımızın dediyi kimi, ağıl ağıldan üstündür. Xüsusilə, ictimai maraq və əhəmiyyət kəsb edən məsələlərin ictimai müzakirəsi Elm və Təhsil Nazirliyi olaraq hər zaman dəstəklədiyimiz bir yanaşmadır. Amma təəssüf ki, hələ də bu sahədəki xoş niyyətimiz arzuedilən nəticələr vermir.” (Emin Əmrullayev). 

Bu fikirlər onun statusunun bir hissəsidir. Buna və statusda olan  digər  fikirlərə  münasibət bildirmək istəyirəm. Bəli, müzakirə mədəniyyəti hər bir işin təkmilləşməsində mühüm rol oynayır. Bu səbəbdən biz  təhsildə olan problemlərə dair  ildə 200 məqalə yazırıq. Təəssüf ki, nə nazir, nə də onun komandası bu məqalələrdəki fikirləri müzakirəyə çıxarmağa cəsarət etmir. Hətta BAKU-TV kanalında  təhsil problemlərinin müzakirəsinə həsr edilmiş verilişdə onun komandasından heç kim verilişə gəlməyə cürət etmir. Müzakirə harda, nə vaxt, kiminlə edilsin? Yoxsa, müzakirəsiz həll edilir bu problemlər?..

Nazirin  yazdığı statusa ümimi münasibət bildirmək istərdim.  Həmin  statusda nazir müəllimlərin əməkhaqqı sistemi ilə bağlı təklif etdiyi islahata dair izahlar versə də, bir neçə vacib məqam həm siyasi kommunikasiya baxımından, həm sosial psixologiya baxımından, həm də idarəetmə mədəniyyəti baxımından suallar doğurur.

1. Problemin mahiyyəti ilə kommunikasiya arasında uyğunsuzluq.

Nazir iddia edir ki, ictimai müzakirələrdə “təhrif edilmiş fikirlər” əsas problem yaradır. Lakin burada əsas məsələ informasiya boşluğunun məhz  bu məsələ ilə əlaqəli nazirin özü tərəfindən yaradılmasıdır.

• Təhsil sistemində geniş kütləni birbaşa maraqlandıran dəyişikliklər əvvəlcədən və aydın şəkildə izah edilmədiyi üçün ictimai şayiələrin yaranması təbiidir...

• Nazirin  üslubu “mənim  dediyimi  düzgün başa düşmədiniz” formasında səslənir ki, bu, idarəetmədə məsuliyyətin cəmiyyətə ötürülməsi kimi görünür...

• İslahatın konturları aydın təqdim olunmayıb: məqsəd, gözlənilən nəticələr, müəllim motivasiyasının mexanizmi, maliyyələşmə modeli, məktəb yükünün dəyişməsi barədə məlumatlar yarımçıqdı...

Deməli, problemi “cəmiyyətin təhrif etməsi” kimi təqdim etmək düzgün deyil. İnformasiya boşluğunu doldurmaq idarəetmənin öz funksiyasıdır...

2. Əsas ideya ilə detalların ayrılması barədə arqument məntiqi deyil. 

Nazir  bildirir ki:  “Əsas fikir qəbul edilirsə, detalları sonra müzakirə etmək olar.”   Bu yanaşma təhlükəlidir, çünki  təhsil kimi kompleks sistemlərdə detallar konsepsiyanın özüdür. İş yükü, məktəbin infrastruktur imkanları, müəllimin yol məsrəfi, məktəbdaxili normativlər, pedaqoji - psixoloji  amillər “detal” deyil — islahatın taleyini müəyyən edən əsas komponentlərdir.  

“Əvvəl ideyanı qəbul edin, sonra detalları danışarıq” — texnokratik və birtərəfli idarəetmə üslubudur. Təhsil siyasətində detallar nəzərə alınmadıqda ən yaxşı ideya belə, yanlış nəticələrə gətirib çıxarır (məsələn, kurrikulum islahatında olduğu kimi). Yəni, bu arqument islahatın konseptual zəifliyini ört-basdır edən bir ritorikadır.

3. Cəmiyyətə və mediaya ünvanlanan tənqidlər köklü problemləri gizlədir.

Mətnin əhəmiyyətli hissəsi mediaya və ictimaiyyətə irad bildirməyə həsr olunub. Bu isə narahat bir tendensiyanı üzə çıxarır:

• Nazir  ictimai rəyi tərəfdaş kimi deyil, “yanlış başa düşən mexanizm” kimi təsvir edir.

• Media ilə konflikt islahatın legitimliyini artıran yox, azaldan faktordur.

• Neqativ başlıqların yaranmasına səbəb təkcə media manipulyasiyası deyil — cəmiyyətin təhsil sisteminə inamının zəifliyidir.

Problem burada media yox, təhsil sisteminə olan uzunmüddətli  etimad böhranıdır.

4. Müəllimlərin real narahatlıqları “detal” deyib kənara qoyulur. 

Müəllimin iş yükü, məktəb mühitinin faktiki durumu, məktəb rəhbərlərinin özbaşınalığı, müəllimin avadanlıq və şərait çatışmazlığı “detal” deyil.  30–36 saatlıq tamştat modeli Azərbaycan reallığında müəllimin fiziki və psixoloji resurslarına uyğun deyil.  Uzaq qəsəbələrdə yaşayan və saathesabı  çalışan müəllimlərin sosial vəziyyəti nəzərə alınmayıb.  Hələ də yüzlərlə məktəb laboratoriyasız, kitabxanasız, interneti zəif, sinifləri soyuq vəziyyətdədir.  3 il əvvəl İmişli rayonu Muradlı kəndində   sanitar  qovşağı olmayan məktəbi ictimaiyyat yaxşı  xatırlayır. Belə olan halda islahat müəllimin həyatını yaxşılaşdıran yox, daha da çətinləşdirən modelə çevrilə bilər.

5. Mətn islahatın niyə məhz indi və nə üçün lazım olduğunu izah etmir. 

İctimai müzakirələrin ən mühüm sualı cavabsızdır: bu islahat hansı problemi həll edir?

• Müəllimin maaşı artır? — Bəli, amma könüllü və yalnız seçilmiş qrup üçün.

• Tədrisin keyfiyyəti yüksəlir? — Bunun mexanizmi izah olunmur.

• Peşəkar inkişaf güclənir? — Bu barədə danışılmır.

• Məktəbin idarəetmə sistemi dəyişir? — Heç bir qeyd yoxdur.

Deməlli,  islahatın məntiqi çərçivəsi və hədəf arxitekturası təqdim edilməyib. 

Bəs nazirin mesaji nəyi göstərir?

Bu mətn təhsil idarəetməsində üç əsas problemi üzə çıxarır:

1. Zəif kommunikasiya strategiyası.  Nazir  islahatın izahını aydın çərçivəyə salmır, nəticədə boşluqlar şayiələrlə doldurulur.

2. Müəllimlərin narahatlıqlarını kiçiltmək.  Real sosial-iqtisadi problemlər “detal” kimi təqdim olunur.

3. İctimai məsuliyyətin cəmiyyətə ötürülməsi.  Sanki məsələ “xalq izahı düzgün qavramır” səviyyəsinə endirilir.

Bu mətnin tonu müdafiə xarakterlidir və islahatı etirazlardan qorumağa yönəlib. Lakin bu istiqamət islahatın özünü gücləndirmir,  əksinə, ictimai etimadı daha da zəiflədir.  İslahatın uğurlu olması üçün gərək şəffaflıq, konkretlik, sosial psixologiyanın düzgün qiymətləndirilməsi, risklərin real təhlili, müəllimin tərəfdaş kimi qəbul edilməsi  əsas prinsiplər kimi götürülsün.

Bu status və bu ərəfədə İTV-də olan müsahibə, tərsinə qurulmuş təhsilin, tərsinə qurulmuş təbliğatından başqa bir şey deyildi…”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Noyabr 2025 21:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri