Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Yüksək qan təzyiqi yaddaşı pozur

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Tərtərdə “Gənc qazilərin yay düşərgəsi”nin açılışı olub

Tərtərdə “Gənc qazilərin yay düşərgəsi”nin açılışı olub

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Tərtər, 25 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC

Tərtər Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi tərəfindən Qarabağ Zəfərinin 5-ci ildönümünə həsr olunmuş “Gənc qazilərin yay düşərgəsi” təşkil olunub. Düşərgənin açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin, YAP Tərtər rayon təşkilatının, Gənclər və İdman Nazirliyinin, Qarabağ Regional Gənclər və İdman İdarəsinin, Tərtər Olimpiya İdman Kompleksinin məsul şəxsləri, qazilər, Qarabağ, Mərkəzi Aran, Gəncə-Daşkəsən iqtisadi rayonlarından ümumilikdə 50 nəfər Vətən müharibəsi iştirakçıları iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Açılış mərasimində çıxış edən Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov 44 günlük Vətən Müharibəsində ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində rayonun infrastrukturuna, mülki vətəndaşlara dəymiş ziyan barədə məlumat verib. Qeyd edib ki, Vətən Müharibəsində Tərtər şəhərinə və yaşayış məntəqələrinə 16 min 277 top, tank, qrad mərmisi düşüb, 21 qadağan olunmuş raket atılıb. Bunun nəticəsində rayonun infrastrukturuna güclü ziyan dəyib, 12 körpələr evi-uşaq bağçasına, 16 ümumtəhsil müəssisəsinə, 10 tibb müəssisəsinə, 7 mədəniyyət müəssisəsinə, məscid və inzibati binalara, 83 çoxmərtəbəli yaşayış və 5344 fərdi yaşayış evlərinə, 95 nəqliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına ziyan dəyib.

Sonra YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik tərbiyəsi sektorunun müdiri Elşən Hüseynov, Vətən Müharibəsi Qəhrəmanı Vüsal Yaqubov, Qarabağ qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabiti, düşərgənin kordinatoru Əhliyyət Mehdiyev çıxış edərək gənclərdə vətənpərvərlik ruhunu daha da artırmaq, onları sağlam həyat tərzinə təşviq etmək və şanlı zəfər tarixində ordumuzun keçdiyi döyüş yolundan bəhs ediblər. Həmçinin Ümummilli Lider Heydər Əliyevin gənclik və vətənpərvərlik mövzusunda fikirlərinə də yer verilib. Qeyd olunub ki, sağlam düşüncəli, savadlı, milli-mənəvi dəyərlərə bağlı gənclik ölkəmizin gələcəyinin təminatçısıdır.

“Gənc qazilərin yay düşərgəsi” avqustun 28-dək davam edəcək.

Qeyd edək ki, düşərgənin keçirilməsində məqsəd Vətən müharibəsi iştirakçılarına sosial-psixoloji dəstəyin göstərilməsi, onların asudə vaxtının səmərəli təşkil edilməsi, habelə cəmiyyətə reinteqrasiya prosesinə dəstək verməkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Avqust 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see398

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see349

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see293

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see260

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see259

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see254

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see247

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see240

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see224

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see220

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see215

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see204

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see194

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see194

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see193

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see183

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see181

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see175

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see169

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri