Icma.az
close
up
RU
Tərtərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə təmir olunan uşaq bağçası istifadəyə verilib FOTO

Tərtərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə təmir olunan uşaq bağçası istifadəyə verilib FOTO

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tərtər, 26 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Sentyabrın 26-da Tərtər rayonunun Hüsənli kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə təmir edilən körpələr evi-uşaq bağçası istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Hüsənli kənd uşaq bağçasının binası 1970-ci illərdə tikilib. İki korpus və yardımçı otaqlardan ibarət olan birmərtəbəli bina köhnəldiyindən istifadəyə yararsız idi.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə bağçada təmir işləri aparılıb, mebel və avadanlıqlarla təchiz edilib. Həyətyanı sahə abadlaşdırılıb. Korpusun ətrafına asfalt örtüyü çəkilib. Bağçanın ərazisində uşaq meydançası təşkil edilib.

Bağçanın açılış mərasimində çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Heydər Əliyev Fondunun nümayəndəsi Cəmil Əliyev, YAP rayon təşkilatının sədri Eldar Əsədov və digərləri uşaqları, onların valideynlərini, bağça kollektivini təbrik edib, balacalara xoşbəxt gələcək və ölkəmiz üçün layiqli övlad olmalarını arzulayıblar.

Çıxışlarda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məktəbəqədər təhsilə göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə görülən işlərdən, Heydər Əliyev Fondu tərəfindən təhsil sahəsində həyata keçirilən layihələrdən, məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində icra olunan tədbirlərdən bəhs edilib.

Kənd sakinləri və valideynlər göstərilən qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbir iştirakçıları sonra uşaq bağçasında yaradılan şəraitlə tanış olublar.

Fikirlərini AZƏRTAC-la bölüşən Hüsənli kənd körpələr evi-uşaq bağçasının müdir əvəzi Nigar Rzayeva bağça binasının təmirinə görə Azərbaycan dövlətinə, Heydər Əliyev Fonduna təşəkkür edib. “Çalışacağıq ki, uşaqları vətənpərvər ruhda tərbiyə edək, onları cəmiyyətə faydalı vətəndaşlar kimi böyüdək”, - deyə o bildirib.

Valideyn Nigar Əliyeva bağçada yaradılmış şəraitdən razılığını bildirərək deyib: “Mən uşaq bağçasının əvvəlki vəziyyətinə görə təəssüf hissi keçirirdim. Həmişə deyirdim ki, kaş, bizim bağçamız da təmir olunsun. Bu gün artıq uşaq bağçası təmirdən sonra istifadəyə verildi. Binada uşaqlar üçün lazımi şərait yaradılıb. Buna görə valideyn kimi çox sevinirəm və buna görə Heydər Əliyev Fonduna təşəkkürümü bildirirəm”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see210

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see199

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see182

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see178

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see147

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see144

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see138

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see133

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see132

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri