Icma.az
close
up
RU
Tərtərdə memarlıqda milli üslub müzakirə olunub

Tərtərdə memarlıqda milli üslub müzakirə olunub

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tərtər, 6 may, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişaf strategiyasını müəyyənləşdirərək şəhərsalma, memarlıq və abadlıq sahələrinin müasir əsaslar üzərində formalaşdırılmasını təmin edib. Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə Heydər Əliyev ölkənin memarlıq abidələri ilə zənginləşdirilməsinə, gözəl dizaynlı binalarla, heykəllərlə gözəlləşdirilməsinə xüsusi diqqət yetirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Tərtər rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə keçirilən “Heydər Əliyev və memarlıqda milli üslub” mövzusunda tədbirdə səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, Mədəniyyət Mərkəzində Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlə tanış olublar.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu Öndərin ömür yolundan bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayon prokuroru Fuad Məmmədov, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Qədir Babayev, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri Eldar Əsədov Azərbaycan memarlığında və şəhərsalmasında Ümummilli Lider Heydər Əliyevin rolundan, dahi rəhbərin milli-mədəni irsin və memarlıq nümunələrinin qorunması sahəsində xidmətlərindən danışıblar.

Çıxışlarda vurğulanıb ki, Ulu Öndərin əsasını qoyduğu dövlətçilik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizdə genişmiqyaslı quruculuq və abadlıq işləri aparılır, şəhər və rayonlarımızın siması yenilənir.

Tədbirdə Yeni Azərbaycan Partiyasına yeni qəbul edilən üzvlərə vəsiqələr, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə isə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Sonda rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı təqdim olunub.

Müxbir – Tahir Ağaməmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 May 2026 20:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see339

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see286

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see280

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see270

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see230

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see229

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see227

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see221

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see208

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see207

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see198

Ermənistandakı Alban kilsləri ya dağıdılıb, ya da ermənilər tərəfindən mənimsənilib RƏY

20 Sentyabr 2026 16:44see197

20 Sentyabrın tarixi əhəmiyyəti: Dövlət hakimiyyəti bütün ölkədə tam təmin olundu

20 Sentyabr 2026 19:45see194

Qarabağda 3 867 sakin məşğulluğa cəlb edildi

20 Sentyabr 2026 13:28see193

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see190

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see190

Çinlə ABŞ arasında ticarət iqtisadi məsləhətləşmələr başlayıb

20 Sentyabr 2026 19:53see189

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see187

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see181

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri