Icma.az
close
up
RU
Şamaxıda memarlıqda milli üslub müzakirə edilib

Şamaxıda memarlıqda milli üslub müzakirə edilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Şamaxı, 21 fevral, Rəşad Türkoğlu, AZƏRTAC

Şamaxı Heydər Əliyev Mərkəzi tərəfindən rayonda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Heydər Əliyev və memarlıqda milli üslub” mövzusunda konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.

Şamaxı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova çıxış edərək Prezidentin Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunmasının əhəmiyyətindən danışıb. Bildirib ki, ilk arzusu memarlıq sənətinin incəliklərinə yiyələnmək olan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda memarlıq və şəhərsalma sahəsində mühüm işlər görülüb, şəhərlərin siması dəyişib, ictimai və yaşayış binaları, parklar, memarlıq ansamblları meydana gəlib.

Sonra AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, Şamaxı–Ağsu Arxeoloji Ekspedisiyasının rəisi, tarix üzrə fəlsəfə doktoru Akif Quliyev çıxış edərək Şamaxı rayonunda mövcud olan tarixi və arxeoloji abidələrin yaranma tarixindən, qədim məskənlərdən, tarixi binalardan, arxeoloji qazıntılar zamanı tapılan memarlıq strukturlarından geniş məlumat verib, onların tədqiqi və təbliğinin vacibliyini vurğulayıb.

Daha sonra Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı sektorunun müdiri Şahmar Hüseynov çıxış edərək bildirib ki, milli memarlığa Heydər Əliyevin fenomenal qayğı ənənəsini bu gün Prezident İlham Əliyev layiqincə davam etdirir. İllər uzunu erməni işğalı altında olan torpaqlarımıza Böyük Qayıdış konsepsiyasının tətbiqi, dağıdılan şəhər və kəndlərimizin yenidən qurulması, tarixi-memarlıq irsimizin bərpası ölkəmizdə memarlıq və inşaat fəaliyyətinin daha da genişlənməsinə rəvac verib. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması çağdaş tələblər səviyyəsində, yeni texnologiyaların, şəhərsalma standartlarının və memarlıq formalarının tətbiqi ilə gerçəkləşir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Fevral 2026 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see573

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see499

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see432

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see324

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see264

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see228

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see227

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see180

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see174

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see167

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri