Icma.az
close
up
RU
Tərtərdə notarius niyə görünmür?

Tərtərdə notarius niyə görünmür?

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tərtər rayonunda notariat xidmətinin bəzi günlər fəaliyyət göstərməməsi və notariat ofisinin qapılarının bağlı olması vətəndaşların diqqətindən yayınmayıb. Məsələ ilə bağlı yaranan suallara aydınlıq gətirilib.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Əliyev Şəhriyar Cavanşir oğlu Tərtər rayonunda fəaliyyət göstərən xüsusi notariusdur. Hazırda notariat xidmətinin təşkili müvəqqəti iş qrafiki əsasında həyata keçirilir.

Buna səbəb Goranboy rayonunda fəaliyyət göstərən notariusun 17 avqust 2026-cı il tarixindən 7 sentyabr 2026-cı il tarixinədək məzuniyyətdə olmasıdır. Bu müddət ərzində notariat fəaliyyətinin hər iki rayonda təşkili üçün xüsusi iş qrafiki müəyyənləşdirilib.

Elana əsasən, həftənin I və III günləri Goranboy rayonunda, II, IV və V günləri isə Tərtər rayonunda notariat xidmətləri göstərilir.

Beləliklə, Tərtərdə notariat ofisinin bəzi günlər bağlı olması xidmətin tamamilə dayandırıldığı anlamına gəlmir. Xüsusi notarius Şəhriyar Əliyev müəyyən edilmiş qrafikə uyğun olaraq həftənin II, IV və V günləri Tərtər rayonunda notariat fəaliyyətini həyata keçirir.

Məsələ ondadır ki, notariat xidmətinə ehtiyacı olan vətəndaşların bir qismi iş qrafikindəki dəyişiklikdən xəbərsiz olduğundan bağlı qapılarla qarşılaşır. Xüsusilə təcili sənəd rəsmiləşdirilməsi, etibarnamə, ərizə və digər notariat əməliyyatları üçün müraciət edən şəxslərin müəyyən edilmiş iş günlərini nəzərə alması vacibdir.

Hazırkı vəziyyət vətəndaşların iş qrafikindəki dəyişikliklər barədə daha geniş və əlçatan şəkildə məlumatlandırılmasının vacibliyini göstərir. Çünki notariat xidmətləri gündəlik hüquqi məsələlərin həllində mühüm yer tutur.

Qeyd edək ki, Tərtərdə notariat xidməti tam dayandırılmayıb. Xüsusi notarius Şəhriyar Əliyev həftənin II, IV və V günləri rayon ərazisində fəaliyyət göstərir.

Günay Mahirqızı

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 27 Avqust 2026 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see363

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see312

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see309

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see298

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see279

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see279

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see270

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see263

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see258

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see257

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see250

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see241

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see239

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see237

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see230

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see229

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see226

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see221

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see220

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri