Təşkilatın əhatə dairəsi getdikcə genişlənir TDT nin Baş katibi
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Türk Dövlətləri Təşkilatının (TDT) əhatə dairəsi getdikcə genişlənir.
Redaktor.az xəbər verir ki, bu barədə TDT-nin Baş katibi Kubanıçbek Ömuralıyev Türkiyədə keçirilən IV Antalya Diplomatiya Forumu çərçivəsində Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşündə deyib.
O bildirib ki, təşkilat Avropa və Asiyanı əhatə edən üzv və müşahidəçi ölkələri birləşdirən çoxtərəfli platforma kimi əhəmiyyət qazanır.
Tərəflər görüş çərçivəsində institusional dialoqun və əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edib. Görüşdə ümumi maraq doğuran sahələrdə, xüsusilə təhsil və rəqəmsallaşma sahəsində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub.
Tərəflər iki təşkilat arasında dialoqun gücləndirilməsinin vacibliyini vurğulayaraq, demokratik idarəçiliyi, sosial inklüzivliyi və davamlı inkişafı dəstəkləyəcək mümkün birgə təşəbbüslərə açıq olduqlarını bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 12 Aprel 2025 23:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















