Tesla bu funksiyanı söndürdü
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tesla şirkəti elektromobilə müdaxilə edən sürücülər üçün FSD (Full Self-Driving - tam avtonom idarəetmə) funksiyasını söndürüb.
Avtosfer.az xəbər verir ki, artrıq Avropa, Çin, Koreya və digər ölkələrdə bu funksiya aktiv deyil.
Funksiyanın rəsmi təqdim edilmədiyi regionlarda sürücülər proqram təminatına müdaxilə edərək, belə demək mümkünsə maşını aldadırdılar.
Avtomobil isə belə “başa düşürdü” ki, FSD funksiyasına icazə verilən zonadadır. Beləliklə, sürücü kənarda əyləşir, maşın isə özü gedirdi (bir haşiyə çıxım ki, Azərbaycanda da qadağan olunmasına baxmayaraq, belə hoqqa verənlər tapılır).
Artıq sözügedən modellərdə yalnız standart avtopilot rejimi saxlanılıb.
Belə müdaxilələr bir çox ölkədə qadağandır. Məsələn, Cənubi Koreyada sözügedən müdaxilə cinayət predmetidir. Bu halda sürücünü 13 min dolar cərimə və 2 ilədək həbs gözləyir.
Vüqar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 13 Aprel 2026 20:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















