Tesla Çində 3 milyon elektrik avtomobilini geri çağırır
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Tesla qapı dəstəklərinin rənginin təhlükəsizlik problemi yarada biləcəyi səbəbindən Çində təxminən 3 milyon elektrik avtomobilini geri çağırır.
XQ xəbər verir ki, bu barədə Çinin Bazara Nəzarət üzrə Dövlət Administrasiyası məlumat yayıb.
Söhbət yerli istehsal olan “Model 3”, eləcə də Çinə idxal edilən “Model X” və “Model S” modellərindən gedir.
Məlumata görə, mexaniki qapı dəstəklərinin rəngi salonun rənginə bənzədiyi üçün onların seçilməsi və istifadəsi çətinləşə bilər. Bu vəziyyət fövqəladə hal zamanı qapıların tez açılmasına mane ola bilər.
Şirkət problemi aradan qaldırmaq üçün qapı dəstəklərini rəngli stikerlərlə işarələməyi və fövqəladə hal şüşəqaldıran sistemi üzrə proqram təminatını yeniləməyi planlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 21 Avqust 2026 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















