“Tesla” şirkəti 2016cı ildən bəri Britaniyadan 200 milyon funt sterlinq qrant alıb AZƏRTAC
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
London, 8 yanvar, AZƏRTAC
İlon Maskın elektrik avtomobili istehsalçısı “Tesla” şirkəti 2016-cı ildən bu yana Böyük Britaniya hökumətindən təxminən 200 milyon funt sterlinq qrant alıb.
AZƏRTAC xəbər verir ki, bu məlumat ictimai müqavilə məlumatlarını təhlil edən “Tussell” tərəfindən açıqlanıb.
Vestminster tərəfindən “Tesla” şirkətinə ümumilikdə 191 milyon funt sterlinq ayrılıb. Bu vəsaitin böyük hissəsi, 188 milyon funt sterlinqi Böyük Britaniyanın Nəqliyyat Nazirliyi (DfT) tərəfindən verilib.
Qrantlar “plug-in” avtomobil qrantı proqramı çərçivəsində təqdim edilib. Bu proqram çərçivəsində yeni elektrik avtomobillərinin dəyərinə başlanğıcda 5 min funt sterlinq məbləğində endirim tətbiq olunub. Proqram 2022-ci ilin iyun ayında sona çatıb.
2020-ci ildə “Tesla”ya ayrılan qrantlar 61,6 milyon funt sterlinq təşkil edib. Lakin sonrakı illərdə qrant məbləğləri azalmağa başlayıb. Sonuncu rəqəmlərə əsasən, şirkət keçən ilin ilk altı ayında cəmi 49 min funt sterlinq məbləğində qrant alıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 08 Yanvar 2025 19:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















