Icma.az
close
up
RU
Test: “Öz tərzinizi müəyyən edin!”

Test: “Öz tərzinizi müəyyən edin!”

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sifarişlər aləmi sizin haqqınızda çox şey bilir. Həqiqəti öyrənməyə hazırsınız? Testi keçin və biz sizə əslində kim olduğunuzu göstərəcəyik: səbət kralı, endirim ovçusu yoxsa dahi “sadəcə baxıram” ustadı.

Testə başla
1. Alış-verişə yanaşmanızı necə təsvir edərdiniz?

 Mən strateji düşünürəm. Əvvəl bazarı araşdırıram, sonra səbətə əlavə edirəm, sonra endirimi gözləyirəm, sonra isə... niyə girdiyimi unuduram. (4 bal)
Nəsə gözümə dəyir və artıq sifarişi verirəm. Nə idi? Fərqi yoxdur, əladı. (3 bal)
Sifarişlərim ruhumun əksidir. Kolleksiya fincanları, fiqurlar, nadir kitablar, yalnız mənalı əşyalar! (4 bal)
 Görürəm → Klikləyirəm → Alıram. Hazırlıqsız, sadəcə sürətli alış. (2 bal)

2. Onlayn alış-verişi hansı tezliklə edirsiniz?
Tez-tez. Bəzən sadəcə batareya almaq üçün girirəm… və birdən hava nəmləndiricisi ilə xalça sifariş verirəm. (4 bal)
 Ehtiyac olanda edirəm. Ya da canım sıxılanda. Ya da diqqət yayınanda. Ya da sadəcə çay vaxtına yaxın çatdırılmanı yoxlamaq istəyəndə. (2 bal)
 Nadir hallarda. Mən köhnə məktəbin adamıyam: toxunmaq, qoxulamaq, qablaşdırmanı silkələmək xoşuma gəlir. (3 bal)
 Daimi. Onlayn alış-veriş — mənim terapevtim, məsləhətçim və kuryerimdir. (4 bal)

3. Məhsul seçərkən sizin üçün əsas nədir?
 ENDİRİM. Əgər kampaniya yaxşıdırsa, məhsulları demək olar ki, araşdırmıram. (4 bal)
 Əsas odur ki, gözəl görünsün. Pul xərcləyirəmsə, estetik görünüşü yaxşı olmalıdır. (3 bal)
 Əgər sonuncu məhsuldursa, mütləq alıram. Hətta nəyə lazım olduğunu bilməsəm belə. (4 bal)
 Rahat çatdırılma. Elə-belə yox, sabah gəlsə lap əla. (2 bal)

4. Səbətinizə ən çox hansı məhsullar düşür?
 Qadcetlər. Evdə hər şeyin fantastik filmdəki kimı olmasını istəyirəm, amma Wi-Fi ilə. (4 bal)
 Geyim. Yeni gün — yeni obraz. Heç olmasa yeni corab. (3 bal)
 Ruhum üçün əşyalar: stolüstü oyunlar, artbook-lar, kolleksiya fiqurları. (4 bal)
 Faydalı şeylər: filtrlər, lampalar, süpürgə üçün vedrə. Kədərlidir, amma gərəklidir. (2 bal)

5. Çatdırılmada sizin üçün nə önəmlidir?
 Sürət. İmkanım olarsa, saat 12:00-da sifariş verər, 12:15-də qəbul edərdim. (4 bal)
 Pulsuz çatdırılma — sevginin ünsiyyət dili. (3 bal)
 Əsas odur ki, rahat olsun: günümü kuryerə uyğun qurmağa hazır deyiləm. (2 bal)
 Qapıya qədər gətirib, düzüb-qoşsunlar və tərifləsinlər. Zarafat edirəm. Bəlkə də yox. (4 bal)

6. Endirimlərə münasibətiniz necədir?
 Mən endirimlərə muzeydəki kimi baxıram: siyahı, plan və həyəcanla. (4 bal)
 Əgər maraqlı nə isə olarsa, alaram. Amma endirim pərəstişkarı deyiləm (bir qədər...). (2 bal)
 Aha, endirim! Nəyə lazım olduğunu bilmirəm, əsas odur ki, -70%. (3 bal)
 Mən endirimlərin dalınca qaçmıram, onlar məni axtarıb tapır. Bəzən də tuturlar. (4 bal)

Nəticələr tablosu
 Ovçu (Xal: 21–24)

Siz fürsət ovçususunuz, promokodların çempionu və səbətin baş analitikisiniz. Hər alış-verişiniz yaxşı planlaşdırılmış əməliyyatdır: qiymətləri müqayisə et, endirimi gözlə, fürsəti tut və... qənimət sənin olsun! Ucuz yerlər, alış-veriş üçün ideal zaman və “qiymət = fayda” düsturunu bilirsiniz.

 Deviziniz: “Daha sərfəli almaq və üstəlik keşbek qazanmaq olarsa, niyə artıq ödəyim?”

 Ozon-dan məsləhət: Aksiyalara abunə olun, seçilmişlərə əlavə edin və filtrlərdən istifadə etməyi qorxmayın —  siz artıq peşəkarsınız, indi isə əfsanəyə çevrilməyin vaxtıdır!

 Kolleksiya toplayan (Xal: 18–20) 
Sizin üçün alış-veriş “nə isə almaq” deyil, şəxsi muzeyiniz üçün yeni eksponat tapmaq kimidir. Siz sadəcə əşya yox, hekayə alırsınız: nadir fiqurlar, limitli sayda olan əşyalar, hobbinizə uyğun maraqlı kəşflər. Ozon-dan gələn qutular sizin üçün sadəcə qablaşdırma deyil, həyəcanlı gözləntidir: bəlkə bu dəfə həmin nadir əşya gəldi!

 Deviziniz: “Əgər ruhum istəyirsə, demək alıram. Qoymağa yer olmasa da olar”

 Ozon-dan məsləhət: Müxtəlif mövzular və maraqlar üzrə axtarışdan istifadə edin və “Antikvar və kolleksiya əşyaları” bölməsinə daxil olmağı unutmayın, maraqlı tapıntılarınız oradadır.

 Sörfinqçi (Xal: 15–17)
Siz alış-veriş zamanı emosional sörfinq ilə məşğul olursunuz. Sadəcə baxmaq üçün daxil olursunuz, amma nəticədə bir neçə səbətlik məhsulla çıxırsınız. Sizin üçün vacib olan yalnız əşyalar deyil, prosesin özüdür: səhifəni skrol etmək, ruhlanmaq və plan olmadan gözəl şeylər tapmaq.

 Deviziniz: “Gördüm – aşiq oldum – sifariş verdim. Məntiq? O başqa pəncərədədir”.

 Ozon-dan məsləhət: Dəb və trendlərə uyğun seçimlərə baxın, “Bəyəndiklərim”ə əlavə edin ki, hətta təsadüfi alış-veriş zamanı ilham mənbəyiniz itməsin.

 İntuisiyalı (Xal: 12–14)
Siz tərəddüdlərə vaxt sərf etmirsiniz: hiss etdinizsə ki, bu sizin əşyadır və dərhal sifariş edirsiniz. Uzun-uzadı rəylər oxumur, “2025-ci ilin ən yaxşı məhsulları” siyahılarına baxmırsınız, çünki sizə nə lazım olduğunu bilirsiniz. Rahatlıq, sürət və aydınlığı çox qiymətləndirirsiniz.

 Deviziniz: “Sürətli. Dəqiq. Dramasız”

 Ozon-dan məsləhət: Sürətli çatdırılmadan istifadə edin, lazım olanları seçilmişlərə əlavə edin və sizi heç vaxt yarı yolda qoymayan intuisiyanıza uyğun hərəkət edin.

 Təbrik edirik, artıq öz alış-veriş tərzinizi tanıyırsınız!
İndi isə Ozon-a keçib, məhz sizin üçün uyğun məhsulları tapmağın vaxtıdır. Qarderobunuzu yeniləmək, yeni texnologiyalara sahib olmaq, nadir kolleksiya yaratmaq və ya sadəcə vaxt itirmədən nə isə almaq istəyirsinizsə, Ozon sizin alış-veriş tərzinizə uyğunlaşacaq. Hər alış bir macəra, hər sifariş isə sizi sevindirəcək sürpriz ola bilər!

                                            Alış-veriş etmək

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:330
embedMənbə:https://axsam.az
archiveBu xəbər 27 İyun 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see574

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see414

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see292

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see263

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see248

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see248

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see246

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see245

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see242

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see236

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see228

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see226

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see222

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see200

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see194

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see194

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see173

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri