Tətildən qayıdanlar bu əlamətə diqqət etsinlər
Icma.az bildirir, Olke.az portalına istinadən.
Ölkə.az xəbər verir ki, infeksion xəstəliklər və klinik mikrobiologiya üzrə mütəxəssis dr. Müberra Hraloğlu bildirib ki, malyariya əsasən yoluxmuş Anopheles ağcaqanadlarının dişləməsi ilə insana keçən ciddi infeksiyadır. Lakin hər ağcaqanad dişləməsi malyariya demək deyil.
Xəstəliyin əsas əlamətləri qızdırma, titrəmə, baş ağrısı, əzələ və oynaq ağrıları, halsızlıq, ürəkbulanma və qusmadır. İlk mərhələdə qripə bənzər əlamətlər yarandığı üçün xəstəlik diqqətdən qaça bilər.
Mütəxəssis xüsusilə malyariya riski olan ölkələrə səyahət edənlərə xəbərdarlıq edib. Səfərdən qayıtdıqdan sonra hətta bir neçə həftə keçsə belə qızdırma və titrəmə yaranarsa mütləq həkimə müraciət etmək və səyahət tarixçəsi barədə məlumat vermək lazımdır.
Malyariyadan qorunmaq üçün axşam və gecə saatlarında ağcaqanadlardan uzaq durmaq, qoruyucu vasitələrdən istifadə etmək, uzunqol geyimlər geyinmək və riskli ölkələrə səfərdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.
Mütəxəssis vurğulayıb ki, erkən diaqnoz və düzgün müalicə xəstəliyin ağırlaşması və ölüm riskini əhəmiyyətli dərəcədə azaldır.(sfera)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 29 Avqust 2026 07:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















