Tətilə gedən bir ailə yox oldu: Cəsədləri belə tapıldı
Icma.az, Lent az portalına istinadən məlumat yayır.
Türkiyənin Giresun vilayətinin Görele rayonunda güclü yağış ailə faciəsinə səbəb olub.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, Hamzalı kəndinin yüksək ərazilərində yağan leysan nəticəsində Zıva çayının su səviyyəsi qalxıb və daşqın baş verib. Çayın kənarında piknik edən Mehmet və Zekiye Kırca cütlüyü, onların qızları Burcu və Burçin Kırca selə düşüblər.
Mehmet Kırca öz imkanları ilə xilas ola bilsə də, həyat yoldaşı və iki qızı güclü axında itkin düşüb. Hadisə yerinə AFAD, jandarm, polis, yanğınsöndürmə, təcili tibbi yardım və digər qurumların əməkdaşları cəlb olunublar.
Axtarışlar zamanı 31 yaşlı Burcu və 26 yaşlı Burçinin cəsədləri hadisə yerindən təxminən 10 kilometr uzaqlıqda tapılıb. Bir gün sonra isə 57 yaşlı ana Zekiye Kırcanın cansız bədəni çay boyunca 6 kilometr aralıda aşkarlanıb.
Ailənin tətil üçün İstanbuldan doğma Giresuna gəldiyi, piknikdən sonra geri qayıtmağı planlaşdırdığı bildirilib. Həyat yoldaşını və qızlarını itirən Mehmet Kırcanın “Uşaqlarını götürüb getdin, məni tək qoydun” sözləri faciənin ən ağrılı anına çevrilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 13 Avqust 2026 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















