Icma.az
close
up
RU
Texniki səhv adı altında dəhşətli cinayət KONKRET

Texniki səhv adı altında dəhşətli cinayət KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Deməli, qızımın işə düzəlməsi ilə bağlı sağlamlıq haqqında arayış alırıq. Və bir müddət keçdikdən sonra tam təsadüf nəticəsində məlum olur ki, TƏBİB-in sistemində qızımın xəstəlik tarixində belə bir arayış yerləşdirilib: “Yakob xəstəliyi zamanı demensiya” diaqnozu.

Qeyd edim ki, sonuncu dəfə bu xəstəlik 1998-ci ildə Böyük Britaniyada qeydə alınıb və heyvanmənşəli nadir və dəhşətli xəstəliklərdən biri kimi xarakterizə olunur. Yeri gəlmişkən, ingilislər belə bir xəstəliyin mövcudluğundan sonra məcbur olub cütdırnaqlı bütün heyvanları məhv ediblər. Nəticədə dövlətin iqtisadiyyatına külli miqdarda ziyan dəyib”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Əməkdar jurnalist Fadil Paşayev öz sosial şəbəkə hesabında paylaşıb. Jurnalist bildirib ki, araşdırma aparıb və məlum olub ki, Azərbaycanda belə bir xəstəliyin qeydə alınması və açıq sistemə yerləşdirilməsi ilə bu ölkənin Ümumdünya Səhiyyə Təşkilatı qarşısında fövqəladə vəziyyət elan etmək kimi bir öhdəliyi var:

“Məsələ burasındadır ki, belə bir xəstəliyi ölü bir şəxsin beynindən götürülən hüceyrələri müayinə etdikdən sonra müəyyənləşdirmək olar. Hələ mənim övladımın keçirdiyi stressi demirəm. Vəziyyətlə bağlı iki ay bundan qabaq TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamira Adilova ilə əlaqə saxlanıldı. Bu şəxs açıq şəkildə bəyan etdi ki, məsələ TƏBİB-lik deyil, Səhiyyə Nazirliyinin səhvidir. Gör insan nə qədər laqeyddirsə, bu mövzu onun, yumşaq desək, heç vecinə də olmadı. Sonra Sumqayıt Tibb Mərkəzinə və mətbuat katibi Ramil Yaqub Zeynallıya müraciət etdik. Onlar bu yanlışlığını hərf səhvindən irəli gəldiyini və tez bir zamanda aradan qaldırılacağını desələr də, iki aydan çoxdur ki, məsələ öz həllini tapmır. Mən bu statusu yaza-yaza belə əllərim əsir, bir ölkə vətəndaşına, eləcə də Azərbaycanın maraqlarına bu qədər laqeyd yanaşan dövlət qurumlarına, ayrı-ayrı şəxslərə söz tapıb ifadə edə bilmirəm. Əslində yazaram, hələ o tərəfə də keçərəm. Sadəcə bilirəm ki, laqeyd münasibətin nəticəsində neçə-neçə cinayətlər işlənilir. Düzdür, bütün bunların cəzasını onsuz da gec-tez Uca Allah verir. Ancaq buna baxmayaraq, mən adını etiketlədiyim dövlət qurumları qarşısında bir həyəcan siqnalı çalıram. Xahiş edirəm, bir vətəndaş kimi qətiyyətlə təkid edirəm ki, bu kimi özbaşınalıqlar, texniki səhv adı altında dəhşətli cinayət ehtimalları araşdırılsın! Məsələni bir statusla ictimailəşdirməklə də kifayətlənməyəcəm, lazım gəldikdə Azərbaycan Respublikasının ali rəhbərliyinə müraciət etməklə haqlı şəkildə bir çox “kəllələr”in hüquqi müstəvidə cəzalanmasına nail olacağam. Əks təqdirdə cəzasızlığın olacağı Azərbaycanda yaşamaqdansa, ölümü arzulamaq çıxış yolu görünəcək mənim üçün. Hələlik bu qədər…” – jurnalist vurğulayıb.

Məsələ ilə bağlı TƏBİB-dən KONKRET.az-ın sorğusuna cavab verilib:

“Paşazadə Fatimə Fadil qızının şəxsi kabinetində – my.gov.az portalında səhvən 2024-cü ildə “Kreystfeld–Yakob xəstəliyi zamanı demensiya” diaqnozunun qeyd olunması faktı qeydə alınıb.

Aparılan araşdırma zamanı müəyyən edilib ki, bu texniki yanlışlıq qeydiyyat mərhələsində baş verib. Belə ki, reyestrə təqdim edilən klinik diaqnoz Z02.1 kodu əvəzinə F02.1 kimi qeyd olunub.

Müvafiq şöbəyə və qeydiyyatçılara xəbərdarlıq edilib, gələcəkdə bu kimi halların təkrarlanmaması üçün əlavə nəzarət tədbirləri görülüb.

Bildiririk ki, vətəndaşın real klinik vəziyyəti ilə qeyd olunan diaqnoz arasında heç bir tibbi uyğunluq mövcud deyil və bu, sırf texniki səbəbdən baş vermiş qeyri-dəqiqlikdir.

18.10.2025-ci il tarixində sistemdə (e-tabib mobil tətbiqində) bu məlumatın düzəlişi üzrə müvafiq addımlar atılıb və my.gov.az platforması ilə sinxron yenilənmə işləri aparılır.

Yaxın günlərdə dəyişikliyin vətəndaşın my.gov.az platforması üzrə şəxsi kabinetində də əks olunması təmin ediləcəkdir.”

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:229
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Noyabr 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri