Icma.az
close
up
RU
Texnologiya bizi gücləndirir, yoxsa əvəz edir?

Texnologiya bizi gücləndirir, yoxsa əvəz edir?

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Son illərdə süni intellekt həyatımıza yalnız bir texnoloji yenilik kimi yox, həm də mədəni, psixoloji və etik bir hadisə kimi daxil olub.

Artıq onu sadəcə bir alət kimi deyil, bəzən qərar verən, düşünən, hətta hiss edən bir varlıq kimi qavramağa başlamışıq. Bəs bu inkişaf bizi daha az insan edirmi, yoxsa əksinə bizi daha çox insan kimi yaşamağa azad edirmi?

Əgər insanlıq sadəcə əzələyə, fiziki əməyə və ya məlumat əzbərləməyə əsaslanırdısa, süni intellekt bizi çoxdan ötüb keçmişdi. Amma insanlıq bununla bitmir duyğu, empatiya, məsuliyyət və seçim kimi anlayışlar onun əsas sütunlarıdır. Məsələn, süni intellekt bir məqalə yaza bilər, lakin o yazının mənəvi məsuliyyətini daşıya bilməz. O, tibbi diaqnoz qoya bilər, amma insan həyatının psixoloji dəyərini qiymətləndirə bilməz.

Buradan belə nəticə çıxır ki, süni intellekt bizi yalnız “mexaniki işlərdən” azad etmir . Ö, bizi insanlığın daha dərin qatları ilə qarşı-qarşıya qoyur.

Süni intellektin həyatımıza daxil olması bir çox gündəlik yükü üzərimizdən alır: tərcümə, analiz, məlumatların emalı, bəzən isə dizayn və planlaşdırma. Bu isə bizə düşünmək, yaradıcılıqla məşğul olmaq, insanlara daha çox vaxt ayırmaq üçün imkan yaradır. Başqa sözlə, texnologiya bizi məcburi funksiyalardan azad edir ki, biz də öz “olmaq” halımıza daha çox fokuslanaq. Ancaq digər tərəfdən, bəzi fikirlər də var ki, Sİ bizi tənbəlləşdirir, insanın zəka əzələlərini zəiflədir, onu passiv və asılı varlığa çevirir. Əgər hər şeyi maşın həll edirsə, insanın funksiyası nədir? Bu sual da süni intellektdən qorxunun əsas səbəblərindəndir.

Daha bir önəmli məsələ isə qərarvermə məsuliyyətidir. Məsələn, süni intellektli avtonom avtomobil qəzadan qaçmaq üçün bir insanı seçib digərinə zərər verərsə, bu qərarın məsuliyyəti kimə aiddir? Alqoritmi yazan mühəndisə? İstifadəçiyə? Yoxsa dövlətə? Bu artıq təkcə texniki deyil, dərin etik və hüquqi müstəviyə çıxan bir sualdır.

Bu da göstərir ki, təhlükəli olan süni intellektin özü deyil, ona verdiyimiz səlahiyyətlər və müəyyən etdiyimiz sərhədlərdir. Gələcəkdə insanlığımızı məhz bu sərhədlər formalaşdıracaq.

Əslində, süni intellekt nə mələkdir, nə də şeytan. O, sadəcə bir gücdür istiqamətini isə biz müəyyənləşdiririk. Əgər bu gücdən yalnız məhsuldarlığı artırmaq, insanı əvəzləmək və idarə etmək üçün istifadə etsək, süni intellekt bizi ruhsuzlaşdıracaq. Amma onu insanlığın yüksəlişi, yaradıcılıq, empatiya və etik şüurun güclənməsi üçün istifadə etsək bu, bizi azad edə bilər.

Ən önəmlisi isə budur: süni intellekt insanlığı yox etmir, o, insanlığı daha dərindən sorğulamağa məcbur edir.

Leyla Mirzə

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 İyul 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see219

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see187

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see153

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri