Icma.az
close
up
RU
Görünməyən və görünən düşmənlə mübarizə: Qazi Niyaməddin Hüseynovun döyüş yolu

Görünməyən və görünən düşmənlə mübarizə: Qazi Niyaməddin Hüseynovun döyüş yolu

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

25 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC vətən

ANAMA əməkdaşı olduğum illərdə biz görünməyən düşmənlə mübarizə aparanda minalardan, partlayıcılardan torpaqlarımızı təmizləyəndə düşünürdüm ki, vaxt gələcək işğal altında olan torpaqlarımızı da görünən düşməndən təmizləyəcəyik. Döyüşlər başlayanda sanki arzum gerçəkləşdi. Düşmənin cəbhə boyu təxribatı başlayan zaman arxa cəbhədə qala bilmədim. Həmkarlarım Coşqun və Elməddinlə birlikdə könüllü olaraq döyüşlərə qoşulduq. Çünki torpaqlarımızı təkcə minalardan zərərsizləşdirməklə deyil, döyüşməklə də xidmət göstərmək məqamı idi. Bu, sadəcə müharibə deyildi bu, azadlıq və qürur savaşı idi.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Vətən müharibəsi qazisi Niyaməddin Hüseynov bildirib.

Hüseynov Niyaməddin Abdulla oğlu 1978-ci il sentyabrın 18-də Füzuli rayonu Kərimbəyli kəndində dünyaya göz açıb. Birinci Qarabağ müharibəsi zamanı onların da kəndi erməni hərbi birləşmələri tərəfindən işğal edilib. Lakin 1994-ci il Horadiz əməliyyatı zamanı Füzulinin azad edilən kəndləri arasında Kərimbəyli də olub. Niyaməddim və ailəsi daha sonra öz doğma yurdlarına qayıdıblar. Hələ yeniyetmə çağlarından Niyaməddin hərbiyə bağlı olduğunu bildirib. "1998-ci ildə həqiqi hərbi xidmətə ruh yüksəkliyi ilə yollandım və Sərhəd Qoşunlarında xidmət etdim. 2002-ci ildən isə ANAMA strukturunda çalışmağa başladım. 2020-ci ilin sentyabrında torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda könüllü olaraq döyüşə qoşuldum bu qərarı almağımın səbəbləri arasında işğal altındakı torpaqlarımız, Xocalı faciəsi və günahsız insanlarımızın qətl edilməsi dururdu. İlk döyüş yolum Qaraxanbəyli kəndi istiqamətində başladı. Döyüşçülərimizin qələbə ruhunu həmin vaxt hiss etdim. Bizdən qarşıda bir tankımız var idi, düşmənin həmin tankı vurmasına baxmayaraq onun döyüşə sarı necə irəlilədiyinin şahidi oldum. Həmin vaxt tank yanaraq irəliləyirdi, biz cəhd etdik yaxınlaşaq, amma düşmənin çoxsaylı atəşi imkan vermirdi və tank partlayana qədər qəhrəman əsgərimiz düşmənə sarı irəlilədi. İlk şəhidimiz həmin vaxt oldu. Bu isə bizlərdə qisas hissini daha da gücləndirirdi. Qaraxanbəyli istiqamətindən sonra Yuxarı Seyidəhmədli və Merdinli kəndləri istiqamətində gedən əməliyyatlarda iştirak etdim. Merdinli istiqamətində döyüş tapşırığı zamanı düşmənin iki Satko, bir Ural maşını və bir tankının Quruçay dərəsində aşkar etdmişdik. Planlı şəkildə həmin yerə hücum təşkil olundu. Digər cinahdan da başqa bölməmiz irəlilədi və uğurlu tapşırıq nəticəsində düşmən məhv edildi, texnikalar isə içərisi dolu silah-sursatla birlikdə qənimət olaraq götürüldü",- deyə Niyaməddin bildirib.

Döyüş anlarını cümlələrə çevirən qazi bildirir ki, taktiki gedişə uyğun olaraq ordumuzun cənub istiqamətində irəliləməsi düşməni təşvişə salıb. Həmin vaxt Füzuli cəbhəsində müdafiə mövqeyi gücləndirilib. Çünki düşmən ciddi cəhdlə bu cəbhəni yarıb Əhmədbəyli Axlanlı yolunu bağlamaq və mühasirə təşkil etməyə can atıb. Niyaməddin ağır yaralandığı döyüş əməliyyatını xatırladıqca qürur hissi ilə danışır: "Füzulidən sonra mən başqa bölmə tərkibində tapşırığa uyğun olaraq Cəbrayılın Şəybəy və Quycaq kəndləri istiqamətində digər bölmələrimiz tərəfindən azad edilən ərazilərin müdafiəsinə qoşulduq. Daha sonra Xocavənd rayonu Hadrut qəsəbəsi istiqamətində ordumuz tərəfindən azad edilən ərazilərdə mövqeləndik. Füzuli istiqamətində hakim yüksəklik olan yerin düşməndən azad olunması tapşırığı gəldi. Çox gərgin döyüş oldu, 24 oktyabrda Füzulidən Xocavəndə gedən yol üzərində, Köndələn çayı yaxınlığındakı “Çınqıllı təpə” yüksəkliyinə 3 dəstə ilə hücum etdik. Artıq çayı keçdikdən sonra yüksəkliyin ətəyində mövqe tutduq. Əvvəlcə beş nəfər düşmən mövqeyinə yaxınlaşdı, bu zaman posta 30-40 metr qalmış düşmən əl qumbaraları atdı və gərgin döyüş başladı. Həmin vaxt üzərimdə olan bayrağı yüksəkliyə sancmaq üçün can atırdım və irəliləmək istədiyimdə çox yaxın məsafəyə mərmi düşdü. Toz və torpaq göyə qalxdı, gözüm heç yeri görmürdü, ağır yaralansam da hiss etmirdim. Bir neçə dəqiqə keçdikdən sonra hərəkət edə bilmədim və çox ağır yaralandığımı hiss etdiyimdə döyüş yoldaşım Vüsala səsləndim ki, məni vurdular. Onlar atəş altında olsa belə məni tək qoymadan çıxarmağa çalışırdı. İki adını bilmədiyim döyüşçü talış balalarının atəş dəstəyi ilə Zaur və Vüsal məni döyüş meydanından çıxardı. Çayı keçəndə isə hətta Zaur ağacın üzərinə uzandı, digər iki döyüş yoldaşım Vüsal və Zahir suya girərək məni çaydan keçirdilər. Onların fədakarlığı və insanlığı əbədi yadımdan çıxmaz. Onların köməyi ilə çayı keçib təhlükəsizliyə çıxmağı bacardıq".

Sevinc və kədərin birləşdiyi anı isə Niyaməddin hospitalda olarkən yaşadığını söyləyir. "Səhra hospitalına təxliyə olundum daha sonra isə məni Yevlaxa apardılar, əməliyyat etdilər. Artıq əməliyyatdan ayılanda yenidən cəbhəyə qayıtmaq istəyirdim, lakin yaralarımın ağır olduğuna görə icazə vermədilər. Elə qələbə xəbərini də hospitalda aldım. Həmin vaxt sevinc və kədərim hissim eyni oldu. Döyüşlər vaxtı şəhid olan qardaşlarım gözümün önünə gəldi, amma bir daha qürur hissi duydum. Bu torpaq, bu Vətən üçün canımızdan keçməyin bizlər üçün ən ülvi hiss olduğunu anladım. Allaha şükür edirəm ki, bu müqəddəs mübarizədə iştirak etmək mənə də nəsib oldu. Qalib Ali Baş Komandanın qalib əsgəri kimi Zəfər tarixinin bir parçası olmaqla qürur duyuram”.

Zəfərimiz əbədidir, Vətənimiz azaddır, şəhidlərimizin ruhu şaddır, azad edilən ərazilərimizə yenidən həyat qayıdıb, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qovuşur. Bu gün də mən yenə Vətənin xidmətindəyəm. Müharibədən bir neçə müddət sonra sağaldım, ANAMA- da yenidən fəaliyyətimə başladım və qürur duyuram ki, Vətənə xidmət edirəm",- deyə Niyaməddin bildirib.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə görə, Niyaməddin Hüseynov "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və Müharibə iştirakçısı" medalları ilə təltif edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Oktyabr 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri