Texnologiya brendləri İranı tərk edir
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Dünyanın texnologiya brendləri İrana tətbiq edilən sanksiyalara görə İslam Respublikasını tərk edir.
Bakıvaxtı.az xəbər verir ki, məlumatı “Donya-e-Eqtesad” saytı yayıb.
Bildirilib ki, bir müddət əvvəl nəhəng texnologiya şirkətləri İran bazarını tədricən tərk edib. Bunların ardınca “IBM”, “HP” və “Apple” kimi tanınmış markalar da bu ölkədə fəaliyyətini məhdudlaşdırıb.
Məlumata görə, bu günlərdə “Asus” və “Lenovo” kimi texnologiya şirkətləri də İranı tərk edərək aksiyaya qoşulublar.
Kompüter Mühəndisləri Birliyinin rəhbəri Məhəmmədrza Fərəci Tehrani də hadisəni təsdiqləyərək sanksiyaların İranın texnologiya bazarına təsirini vurğulayıb.
O, IT avadanlıqlarının idxalı ilə bağlı çətinliklərə toxunaraq problemin dolayı yollarla həllinə çalışdıqlarını söyləyib.
Baxış sayı:118
Bu xəbər 28 Yanvar 2025 10:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















