Icma.az
close
up
RU
Elmar Baxşıyev: Görünən odur ki, hakimlər bizə fərqli yanaşır

Elmar Baxşıyev: Görünən odur ki, hakimlər bizə fərqli yanaşır

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının IX turunun "Araz-Naxçıvan" – "Sabah" oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Yaxşı, dinamik, maraqlı oyun oldu. Komandanın oyunundan razıyam. Futbolçular əzmkarlıqla istəklərimizi yerinə yetirməyə çalışırlar. Bir xal qazandıq. Rəqibi də vurğulamaq lazımdır. Bu gün bir xala sevinmək lazımdır.

– Son saniyədəki qoldan sonra məşqçilər korpusu çox sevindi. Bir xal belə böyük əhəmiyyətlidir?


– Son anlardakı qollarda belə hallar normal olur. Emosiyalardır. Futbolun içində belə hallar var. Komandam əzmkarlıq və xarakter göstərdi. Oyun planında daha yaxşı ola bilərik.

– "Sabah"a qarşı ev oyununun burda keçirilməsi nə qədər xoş idi?


– Düzdür, məşqçi kimi hər kəz öz evində oynamağı istəyər. Bu meydança da bizim üçün səfər deyil. Bakıda məskunlaşmışıq. Bakıda keçirilən oyunlarda ev/səfər məsələsi demək olar, olmur. Meydança hamı üçün eynidir. Əfsuslar olsun, o aura yoxdur ki, səfərdə olduğunu hiss edəsən.

– Oyun ərzində sizi ən çox yoran hakimlərin səhvləridir, ya futbolçuların?


– Mən də istərdim ki, bu cür tempdə, oyunda bir qərara 3-4 dəqiqə baxmayaq. Çünki futbolçular da tempə çatmaq üçün iş qoyurlar. Lakin 4-5 dəqiqə VAR-a baxılandan sonra stress də, nəbz də düşür. Təzdən tempi artırmaq üçün vaxt lazım olur. Hakimin üzərinə getmək istəmirəm. Onların ədalətinə inanmağa çalışırıq. Görünən odur ki, hakimlər bizə fərqli yanaşır. Bizə təzyiq edən rəqib deyil, başqa amillərdir. Daha güclü, iddialı olmalıyıq ki, qarşımızda maneə olmasın.

– "Sabah"ın baş məqşçisi Dambrauskas da qol vurduğunuz cərimə zərbəsi zamanı qayda pozuntusunun onlara qarşı edildiyini bildirdi…


– Görünən odur ki, 2-3 komandanın danışığına, iddiasına uyğun açıqlamalar göstərilir. Biz də danışa bilərik. Ötən oyunda "Neftçi"nin qolundakı ofsaydı hamı gördü, amma heç kim danışmadı. Biz də komandanı kənara qoyub, hakimlərə yüklənsək, düzgün olmaz. Məsələn, bu gün "Sabah"ın qazandığı penalti absurd idi, müdafiəçiləri Solvet də ikinci sarı vərəqədən qovulmalı idi. Hakimlikdən az danışsaq, komandalar üçün daha yaxşı olar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://sport24.az
archiveBu xəbər 25 Oktyabr 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri