Icma.az
close
up
RU
Texnologiya dünyasında İnqilab: “Meta” insan beynini oxuyan proqram hazırladı

Texnologiya dünyasında İnqilab: “Meta” insan beynini oxuyan proqram hazırladı

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son illər etxnologiya sahəsində müxtəlif yeniliklər edilib. “Facebook”, “WhatsApp” və “Instagram”ın ana şirkəti olan “Meta” süni intellekt vasitəsilə insan beynini oxumaqda mühüm uğur qazanıb. Yeni hazırlanmış süni intellekt modeli artıq insanların beynində olanları proqnozlaşdıra biləcək.

Avtosfer.az xəbər verir ki, “Meta” xüsusilə nitq çətinliyi olan xəstələr üçün təməlqoyma metodu üzərində işləyir. Elektroensefaloqrafiya (EEG) və maqnitoensefaloqrafiya (MEG) kimi texnologiyalardan istifadə edərək beyin siqnallarını oxuyan süni intellekt, insanın nə düşündüyünü təxmin edə bilir. Üstəlik, bu texnologiya beyin implantasiyasına ehtiyac olmadan istifadə edilə bilər.

İlk sınaqlarda EEG və MEG üsulları ayrıca sınaqdan keçirildi. Nəticələr olduqca diqqətəlayiqdir. Belə ki, EEG ilə edilən proqnozlar bu gün istifadə edilən beyin implantlarına yaxın dəqiqlik səviyyəsinə çatmışdır. MEG metodu ilə edilən proqnozlar isə 80% dəqiqlik nisbətinə çataraq böyük uğur qazandı. Bununla belə, bu metodun həyata keçirilməsi çox çətin proses hesab olunur. Bu üsul xüsusi maqnitlə qorunan otaqlar tələb edir və test zamanı subyektlər hərəkətsiz qalmalıdırlar.
“Meta” ilkin sınaqlarda müvəffəqiyyət qazansa da hazırda yalnız sağlam insanlar üzərində işləyir. Eyni müvəffəqiyyət nisbətinin beyin zədəsi olan şəxslərdə əldə edilib-edilməməsi hələ də qeyri-müəyyən olaraq qalır. Bu kontekstdə “Meta” 35 könüllü ilə sınaqlarını davam etdirir və layihəni dəstəkləmək üçün Rotşild Vəqfi Xəstəxanasına 2,2 milyon dollar ianə edib.

“Meta”nın süni intellekt sahəsində öz dil modelləri olsa da sektorda rəqabət getdikcə şiddətlənir. “ChatGPT” və “DeepSeek” kimi süni intellekt modellərinin bazarda sürətli hökmranlığı “Meta”nın geridə qalması ilə bağlı şərhləri artırır.
Bununla belə, süni intellektə malik beyin oxuma texnologiyası “Meta” üçün tamamilə yeni bir fürsət ola bilər. Süni intellekt dünyasının hər keçən gün daha da aktivləşdiyi bu dövrdə Meta bu təməlqoyucu inkişafla yarışı yenidən formalaşdıra bilərmi? Texnologiya dünyası bu sualın cavabını qarşıdakı dövrdə gözləyir.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 17 Fevral 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri