Icma.az
close
up
RU
Texnologiyadan istifadə yaşlılarda demens riskini azaldır ARAŞDIRMA

Texnologiyadan istifadə yaşlılarda demens riskini azaldır ARAŞDIRMA

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-nin Texas ştatında aparılan yeni bir elmi araşdırma göstərib ki, yaşlı insanların rəqəmsal texnologiyalardan istifadəsi demens (ağıl zəifləməsi) riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Bakıvaxtı.az xəbər verir ki, texasdan olan tədqiqatçılar 50 yaşdan yuxarı 411 mindən çox insanın iştirak etdiyi 57 müxtəlif araşdırmanın nəticələrini təhlil ediblər.

Məlum olub ki, texnologiyadan müntəzəm istifadə edən şəxslərdə bilişsel (idrak) pozğunluq riski 58 faiz azdır. Eyni zamanda, bu qrupda zamanla müşahidə edilən zehni geriləmə səviyyəsi də 26-34 faiz arasında daha aşağı qeydə alınıb.

Araşdırmalarda müxtəlif rəqəmsal vərdişlər – bəzən ağıllı telefonlardan istifadə, bəzən isə sosial media ilə əlaqə qurmaq – öyrənilib. Maraqlısı budur ki, peşə, təhsil səviyyəsi və sosial-iqtisadi vəziyyət kimi amillər nəzərə alınsa belə, texnologiya ilə təmasda olmağın müsbət təsiri dəyişməz qalır.

Baylor Universitetinin psixoloq və neyroelm mütəxəssisi Maykl Skallin bu barədə açıqlamasında deyib: “Hər gün texnologiyanın bizi necə mənfi təsir etdiyinə dair fikirlər eşidirik. 'Rəqəmsal demens' kimi anlayışlar müzakirə olunur. Lakin araşdırma nəticələri bu ümumiləşdirmələrin həmişə doğru olmadığını göstərir”.

Texas Universitetindən neyropsixoloq Cared Benc isə bildirib: “Məlumatlarımız göstərir ki, yaşlı şəxslərin texnologiya vasitəsilə əlaqə qurması və zehni fəaliyyətlərini davam etdirməsi onların idrak sağlamlığı üçün olduqca faydalıdır”.

Mütəxəssislərin fikrincə, texnologiya xüsusilə yeni cihaz və tətbiqlərin öyrənilməsi ilə beyni stimullaşdıra bilər. Sosial media və görüntülü danışıq imkanları isə təkliyə qarşı təsirli olaraq zehni rifahı gücləndirə bilər. Bundan başqa, dərman xatırladıcıları və təqvim tətbiqləri vasitəsilə yaşlı insanların müstəqil həyat sürmə müddəti də uzadıla bilər.

Nuriyyə Musayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 Aprel 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri