Icma.az
close
up
RU
Texnoloji imtahan fırıldağı: “Xidmət paketi” ilə kollektiv cinayət modeli ifşa edildi KONKRET

Texnoloji imtahan fırıldağı: “Xidmət paketi” ilə kollektiv cinayət modeli ifşa edildi KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son dövrlər ölkədə ali məktəblərə qəbul imtahanları zamanı qeydə alınan texnoloji fırıldaqlar cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu hadisələr tək-tək şəxslərin fərdi saxtakarlığından daha çox, təşkilatlanmış, peşəkar səviyyədə qurulmuş texnoloji cinayət şəbəkəsinin mövcudluğunu üzə çıxarır.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsində ekspert Osman Gündüz bildirib. O, bildirib ki, əvvəllər imtahan zamanı texniki vasitələrdən istifadə edənlər azlıq təşkil etsə də, bu gün həmin proseslər sistemli şəkildə “xidmət” halını alıb və təşkilatlanmış bir fəaliyyət növünə çevrilib.

Mütəxəssis qeyd edib ki, tələb varsa, təklif də formalaşır. Bu gün imtahan zamanı uğur qazanmaq istəyən şəxslərə “gizli texnologiya paketi” adı altında müxtəlif vasitələr təklif olunur – mikroqulaqcıq, mikrokamera, mini telefon, naqillər, Mi-Fi routeri və digər avadanlıqlar artıq adi hala çevrilib. Məlumata görə, məhz bu cür “xidmət” göstərən bir şəbəkənin üzvləri Dövlət İmtahan Mərkəzinin müşahidələri və rəsmi müraciəti əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən əməliyyat nəticəsində saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, istintaq davam edir və bəzi abituriyentlərin nəticələri ləğv olunub.

Osman Gündüz bildirib ki, bu hadisə göstərir ki, bəzi texniki biliklərə malik şəxslər öz bacarıqlarını dövlətə və cəmiyyətə xidmət etmək əvəzinə, cinayət məqsədilə istifadə edirlər. Mütəxəssis hesab edir ki, artıq məsələ fərdi fırıldaqçılıq səviyyəsini keçərək, kütləvi və pullu şəkildə təşkil olunmuş texnoloji cinayət modelinə çevrilib. İmtahanda iştirak edən şəxslər xidmət alırmış kimi texniki dəstək paketi əldə edirlər.

Ekspert əlavə edib ki, müşahidə kameraları və süni intellekt sistemləri vasitəsilə qeyri-adi davranışlar – qulağa tez-tez toxunmaq, paltarda axtarışlar aparmaq, süni jestlər və səslər vasitəsilə bu cür şəxslər ifşa olunub. Bu isə prosesin nə qədər inkişaf etdiyini və sistemli şəkildə həyata keçirildiyini göstərir.

Osman Gündüz vurğulayıb ki, texniki və texnoloji biliklərə sahib gənclərin cinayətə cəlb olunması cəmiyyət üçün təhlükəli tendensiyadır. Qeyd edib ki, bir neçə gün öncə kibercinayət törətmiş bacarıqlı bir gəncin məhkəməsi də gündəmi zəbt etmişdi.

Mütəxəssis sonda çağırış edib ki, dövlət qurumları, ictimaiyyət və xüsusilə təhsil və innovasiya sahəsində fəaliyyət göstərən təşkilatlar səfərbər olmalı, texnoloji potensiala malik gəncləri cinayətdən çəkindirmək və bu bilikləri ölkənin inkişafına yönəltmək üçün müvafiq strategiyalar hazırlamalıdır.

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://konkret.az
archiveBu xəbər 28 İyul 2025 19:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see333

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see272

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see231

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see209

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see194

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see189

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see186

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see176

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see170

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see168

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see163

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see157

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see155

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see154

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see149

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri