Teymur Musayev və Vüqar Qurbanov yaralılara baş çəkdi FOTO
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Səhiyyə naziri Teymur Musayev və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Vüqar Qurbanov Aktauda təyyarə qəzası zamanı xəsarət alan və dünən Bakıya gətirilərək “Yeni Klinika”ya yerləşdirilən yaralılara baş çəkib.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, hazırda 14 yaralı klinikanın müvafiq şöbələrində müalicə alır.
Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb. İstintaqın ilkin nəticələrinə əsasən müəyyən edilib ki, AZAL-ın təyyarəsi Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb. 














Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 27 Dekabr 2024 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















