Teymurov Fərəcullayevin təbliğatı üçün xüsusi tapşırıq verdi
Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
AFFA-nın media departamentini hazırda qeyri-rəsmi olaraq Turab Teymurov idarə edir. O, əvvəlki əməkdaşların hamısının çıxarılmasından sonra departamentdə yeni komanda formalaşdırıb.
Sportal.az "Pressing.az"a istinadən xəbər verir ki, Teymurov yeni işçilər və departamentin 2 köhnə əməkdaşı ilə restoranlardan birində səhər yeməyində görüş keçirib. O, masa ətrafında bildirib ki, media departamentini ilin sonuna qədər müvəqqəti idarə edəcək. Turab Teymurov əsas hədəfinin isə yenilənmiş departamentin strukturunu formalaşdırmaq olduğunu vurğulayıb.
Yeni komandaya əsas tapşırıqlardan biri AFFA-nın baş katibi Cahangir Fərəcullayevin PR fəaliyyətinin gücləndirilməsi olub. Turab Teymurov nümunə kimi PFL-in prezidenti Elxan Səmədovu göstərərək, onun idman mətbuatında müsbət imic qazandığını bildirib və baş katibin ictimai nüfuzunun da bu istiqamətdə qurulmasının vacibliyini vurğulayıb.
Maraqlıdır ki, Teymurov, eyni zamanda, "LinkedIn" hesabında media departamentinə rəhbər şəxs axtardığı barədə post yerləşdirib. Bu isə onun hazırkı mərhələdə departamentin yenilənməsi və yeni rəhbərin müəyyənləşdirilməsi prosesini idarə etdiyini göstərir.
Əlavə edək ki, Turab Teymurov AFFA Hakimlər departamentinin rəhbəri, AFFA-nın baş katibi Cahangir Fərəcullayevin "sağ əli" Bəhruz Teymurovun qardaşıdır.
saytlarin hazirlanmasi
Baxış sayı:108
Bu xəbər 16 Oktyabr 2026 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















