Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Təyyar Eyvazov: Qızılca və digər infeksion xəstəliklər üçün lazım olan peyvənd Azərbaycanda mövcuddur MÜSAHİBƏ

Təyyar Eyvazov: Qızılca və digər infeksion xəstəliklər üçün lazım olan peyvənd Azərbaycanda mövcuddur MÜSAHİBƏ

Report.az saytına istinadən Icma.az xəbər verir.

Payız-qış aylarında əhali arasında mövsümi xəstəliklər intensivləşir. Yəni bu dövrdə insanlar qrip və kəskin respirator virus infeksiyaları ilə daha çox qarşılaşırlar. Buna səbəb kimi hava şəraitindəki kəskin dəyişiklik, soyuq havada bədənin viruslara və müxtəlif infeksiyalara qarşı müqavimətinin azalması göstərilir.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov "Report"a müsahibəsində mövzu ilə bağlı ətraflı danışıb.

- Hazırda Azərbaycanda epidemioloji durum nə yerdədir? Payız-qış mövsümünü nəzərə alaraq insanlar arasında hansı növ xəstəliklər müşahidə olunur?

- Hər il olduğu kimi, bu il də payız-qış mövsümündə, əsasən, rast gəlinən infeksion xəstəliklər kəskin respirator virus infeksiyalardır. Bura qriplə yanaşı, bir neçə növ respirator viruslar daxildir. Hər il bu və ya digər viruslar müəyyən qədər artaraq xəstələnmə halları yaradır. Həmin viruslar bütün il boyu mövcud olsa da, soyuq aylarda onların yayılması sürətlənir.

Hansısa infeksiyanın müəyyən dövrlərdə müvəqqəti artımı ola bilər. Bir müddət sonra həmin infeksiya sönür və yerini başqa respirator virus infeksiyasına verir. Proses bu cür davam edir. Lakin bu gün ölkədə ümumi epidemioloji durum olduqca qənaətbəxşdir.

- Qrip əleyhinə peyvəndləmə prosesi hələ də davam edir. Gedişatı necə dəyərləndirirsiniz?

- Qrip əleyhinə peyvəndləmə mövsüm başlamadan öncə aparılmalıdır. Mövsüm başlamadan əvvəl peyvəndləmə aparmaqda məqsəd mövsümi qrip yayılanda insanları ağır gedişatdan, fəsadlardan qorumaqdır. İlk növbədə, risk qrupuna daxil olan insanları nəzərə almaq lazımdır. Risk qrupuna daxil olan şəxslərə beş yaşdan aşağı uşaqlar, hamilə qadınlar, ahıllar (65 yaşdan yuxarı), zəif immunitetə sahib və ağır xroniki xəstəliyi (böyrək, qaraciyər, mərkəzi sinir sistemi və s. problemləri) olan insanlar aiddir.

Sevindirici haldır ki, son illərdə mövsümi qrip infeksiyasının baş qaldırdığı dövrdə Səhiyyə Nazirliyi müvafiq peyvəndlər əldə edir və poliklinik xidmət göstərən müəssisələrə paylayır. Sözügedən proses bu il daha tez başlayıb. Ötən dövrlərdə sentyabr-oktyabr aylarında başlayan prosesə bu il sentyabrın ilk günlərindən başlanılıb. Bununla yanaşı, insanlar arasında müəyyən maarifləndirmə işləri də aparılıb.

Biz bu il peyvəndlərə yetəri qədər tələbat olduğunu müşahidə etdik. Onu da qeyd edək ki, ilbəil peyvənd üçün müraciət edənlərin sayı da artır.

Bir şeyi də xüsusi vurğulamaq istəyirəm ki, hər ölkə peyvəndləməni bu səviyyədə həyata keçirə bilmir. Qürurverici haldır ki, payız-qış mövsümündən öncə keyfiyyətli peyvəndlər ölkəmizə gətirilə bilir. Bu prosesin öz yolunda getməsi üçün əhali arasında təbliğatın aparılması vacibdir.

Peyvəndlənməni mövsümboyu etmək olar. Amma effekt görmək istəyiriksə, bunu mövsüm dəyişikliyi başlamazdan əvvəl etmək lazımdır. Çünki peyvənd vurulandan sonra, ən azı, iki həftə ərzində virusa qarşı immunitet yaranır. Qripin alovlandığı vaxtda virusa yoluxma baş verdikdən sonra vurulmuş peyvənd həmin şəxsi qoruya bilməyəcək.

- COVID-19 pandemiyasının hələ də davam etdiyini nəzərə alsaq, yeni mutasiyaların mövsümi xəstəliklərə təsiri necədir? Ümumilikdə, bu gün ölkədə koronavirus infeksiyasına yoluxma faktları hansı səviyyədədir?

- COVID-19 infeksiyasının qismən davam etdiyini demək daha doğrudur. Son dövrlər statistik məlumatlar açıqlanmır. Çünki yoluxma sayı çox azdır. İkirəqəmli, hətta bəzən birrəqəmli yoluxma sayı müşahidə olunur. COVID-19 virusunun mutasiyası nəticəsində ortaya çıxan “omikron” ştamı və onun alt növləri hesabına xəstəlik daha yüngül keçir. Buna görə də real statistikanı müəyyən edə bilmərik. Çünki COVID-19-a yoluxma halını müəyyən etmək üçün mütləq laborator müayinə lazımdır.

Hazırda bu virus yüngül keçdiyinə görə əhali digər respirator infeksiyalara bənzər simptomlarla qarşılaşır. Yalnız ağır gedişat - xəstəxanaya yerləşmə halı baş verərsə, yoxlamalar nəticəsində diaqnoz bəlli olur. Demək olar ki, bu hallara indi çox az rast gəlinir. Ümumiyyətlə, qeyd etməliyəm ki, hansısa respirator virus infeksiyası digər eynitipli virusla paralel yayılırsa və onun yayılma səviyyəsi aşağıdırsa, mövsümi xəstəliklərə, eləcə də digər respirator infeksiyalara heç bir təsir göstərə bilməz.

Xatırlayırsınızsa, pandemiya dövründə digər respirator infeksiyalara yoluxma sayı azalmışdı. Buna bir neçə səbəb var idi. Pandemiya vaxtı müəyyən qoruyucu tədbirlərin görülməsi, maska taxmaq, o cümlədən əl gigiyenası qaydalarına əməl etmək digər respirator infeksiyalara yoluxma sayını azaltmışdı.

- Bəs ölkədə qızılcaya yoluxma ilə bağlı vəziyyət necədir?

- Ötən il qızılcaya yoluxma sayı yüksək idi. Həmin dönəmdə əvvəlcə peyvənd olunmamış uşaqlar vaksinasiyaya cəlb olunmuşdu. Daha sonra yetkinlərin vaksinasiya olunması üçün ölkəyə başqa növ peyvəndlər gətirildi. Bütün bu proseslərin nəticəsində hazırda yoluxma sayının kəskin azaldığını müşahidə edirik. Soyuq aylarda yoluxma göstəricisinin belə aşağı olması qızılca infeksiyasını nəzarətə götürə bildiyimizin sübutudur.

- İstər qrip, istər qızılca, istərsə də digər infeksiyalar üçün Azərbaycanda vaksin ehtiyatı kifayət qədərdirmi?

- Bir neçə infeksiya var ki, onların yayılma səviyyəsi peyvəndlərlə idarə oluna bilir. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da “Peyvəndlərin Milli Təqvimi” mövcuddur. Həmin təqvimdə peyvəndin hansı müddətlərdə vurulması, dozası və s. haqqında məlumatlar və qaydalar əks olunub. Həmin qaydalar yeni doğulan körpədən altı yaşadək uşaqlara şamil olunub. Doğuş sayı da daxil olmaqla digər rəqəmlər nəzərə alınaraq ölkəyə daim peyvəndlər gətirilir.

Daha öncə qeyd etdiyim kimi, qızılca infeksiyası yayılan dönəmdə yetkinlərin vaksinasiya olunması üçün ölkəyə başqa növ peyvəndlər gətirildi. Bu kimi məqamlarda operativ şəkildə vaksin ehtiyatı məsələsi həll olunur. Hazırda buna təlabat yoxdur, Azərbaycanda lazım olan peyvənd ehtiyatı mövcuddur. Ehtiyac olduqda vaksinlər yenidən əldə olunur.

- Son illərdə ölkədə hansısa yeni mövsümi xəstəliklər ortaya çıxıbmı?

- Ayrı-ayrı illərdə qrip virusunun müxtəlif ştamları ortaya çıxır. Onlar da bir-birindən müəyyən qədər fərqlənir. Bundan başqa, digər respirator virusların təxminən 200 növü var. Növlər müəyyən zamanlarda bir-birini əvəz edir. Lakin bunlar yeni yayılmış viruslar deyil. 2024-cü ildə ölkədə hansısa yeni mövsümi xəstəlik ortaya çıxmayıb. Bildiyimiz kimi, dekabr, yanvar, fevral qripin yayılması üçün münbit şəraitin olduğu aylardır. Hazırda dekabr ayının sonları olmasına baxmayaraq, fəsli qripin kəskin artımını müşahidə etmirik. Ola bilsin ki, bir müddət sonra virus baş qaldırar. Lakin ötən illərlə müqayisədə bu il hələ ki sözügedən artım müşahidə olunmur.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://report.az
archiveBu xəbər 31 Dekabr 2024 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri