Icma.az
close
up
RU
Təyyarə ilə dünya turuna çıxdığı qəzada öldü Video Fotolar

Təyyarə ilə dünya turuna çıxdığı qəzada öldü Video Fotolar

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyədə Bayburt-Ərzurum-Rizə sərhədində qəzaya uğrayan təyyarənin pilotu Mehmet Demircinin həlak olduğu müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Milliyet” məlumat yayıb.

Yüngülmühərrikli təyyarənin sərnişini Hicran Kayanın isə sağ qaldığı bildirilir.

NTV-nin məlumatına görə, M.Demirci elektrik mühəndisi və həvəskar pilot olub. 2008-ci ildən aktiv uçuşlar həyata keçirib. 

O, dünya turuna çıxmaq arzusunda olduğundan bir il əvvəldən hazırlıqlara başlayıb. Ötən həftə tur zamanı enəcəyi 32 hava limanının icazələrini tamamlayan pilot şəxsi yüngülmühərrikli təyyarə ilə Çorlu Atatürk Hava Limanından havaya qalxıb.

O, dünya turuna çıxmazdan əvvəl Eskişehirdə jurnalistlərə açıqlama verib. Təyyarə ilə dünya turuna çıxmaq ideyasının uşaqlıq arzusu olduğunu deyib. Bildirib ki, 2025-ci ildə dünya turu etməyinin əsas səbəbi çoxlu müharibə və münaqişələrin olduğu dünyada sülhü təbliğ etməkdir. Bundan əlavə, bu il Türk Hava Qurumunun Atatürk tərəfindən qurulmasının 100-cü ildönümüdür və o, həmin dünya turunu dünyada sülhə həsr etməyə hədəflədiyini açıqlayıb.

İkinəfərlik heyət təyyarə ilə Eskişehirdən Rizəyə, oradan Qazaxıstanın Aktau şəhərinə uçmalı, daha sonra Rusiyaya, Monqolustana, Kamçatkaya, Berinq boğazına, daha sonra Alyaskaya səfər etməli idi. Sonra soyuq bölgələrdən cənuba, Amerikaya - Nyu-Yorka, Kanada, Qrenlandiya, İslandiya, Şotlandiya və Hollandiya vasitəsilə Avropaya səfər planlaşdırılmışdı.

Türkiyə mətbuatının yazdığına görə, qəzada sağ qalan Hicran Kaya pilot M.Demircinin həyat yoldaşı olub. Ağır yaralı olan qadın helikopterlə Erzurum Şəhər Xəstəxanasına çatdırılıb. 






Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 İyul 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see344

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see276

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see262

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see262

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see258

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see248

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see247

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see245

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see244

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see238

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see230

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see228

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see218

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see218

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see218

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see215

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see196

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see194

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see187

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri