Icma.az
close
up
RU
Təyyarə qəzaları artır: bir həftədə 3 qəza, 212 ölüm baş verib

Təyyarə qəzaları artır: bir həftədə 3 qəza, 212 ölüm baş verib

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


Bu gün Aviasiya sənayesi qorxulu bir həftəni başa vurub. Son bir həftədə 2 təyyarə qəzaya uğrayıb, 1 təyyarə uçuş-enmə zolağından çıxıb.
Reyting.az
qeyd edir ki, son bir həftə ərzində baş verən təyyarə qəzalarında 212 nəfər həyatını itirib.
Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”nın J2-8243 nömrəli reysi Qazaxıstanın Aktau şəhərindən təxminən 3 km aralıda qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin, ümumilikdə 67 nəfər olub. Qəzaya uğrayan təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.
İkinci təyyarə qəzası Cənubi Koreyada baş verib. Koreyanın “Jeju Air” aviaşirkətinə məxsus təyyarə paytaxt Seuldan 288 kilometr cənub-qərbdə yerləşən Muan şəhərindəki Musan beynəlxalq hava limanına eniş edərkən qəzaya uğrayıb.
Yanğınsöndürənlər bildiriblər ki, təyyarə eniş zamanı idarəetməni itirərək uçuş-enmə zolağından çıxıb və hava limanını əhatə edən divara çırpılıb. Qəzada daha çox yanaraq məhv olan təyyarəyə müdaxilə edən qruplar yanğını söndürüb, 1 sərnişin və 1 kabin heyətini xilas edib.
İlkin məlumatlara görə, qəza nəticəsində 174 nəfər ölüb.
175 sərnişin və 6 ekipaj üzvü olan təyyarənin Banqkok-Muan reysi həyata keçirdiyi, 2 Tailand vətəndaşı istisna olmaqla, sərnişinlərin Cənubi Koreya vətəndaşları olduğu qeyd edilib.
Qəzaya təyyarənin şassisindəki nasazlığın səbəb olduğu, ilk uçuşda şassisi açılmayan təyyarənin ikinci uçuşda məcburi eniş zamanı qəzaya uğradığı bildirilir.

Digər tərəfdən, Kanadanın St Sent Consdan Halifax istiqamətində hərəkət edən təyyarənin sol tərəfi Halifax Beynəlxalq Hava Limanına eniş edərkən yanıb. Sərnişinlərdən Nikki Valentin təyyarənin sol qanadının bir müddət yerə sürtüldüyünü və eniş şassisi “düzgün açılmadığı” üçün alovlandığını bildirib.
Valentine təyyarədə təxminən 80 sərnişin olduğunu bildirsə də, hava limanından verilən açıqlamada təyyarədəki sərnişinlərin sayı ilə bağlı təfərrüatlara yer verilməyib. Təyyarədən təxliyə edilən sərnişinlərin sağlamlıq vəziyyətinin yoxlanıldığı bildirilib.
Norveçdən Hollandiyaya uçan sərnişin təyyarəsi təcili eniş zamanı uçuş-enmə zolağından çıxıb. Royal Dutch Airline KLM-dən verilən açıqlamaya görə, Oslo hava limanından Amsterdama qalxarkən yüksək səs eşidilən təyyarə Sandefjord hava limanına yönləndirilib. Təcili eniş zamanı “Boeing 737-800” tipli təyyarə uçuş-enmə zolağından çıxaraq sürüşərək ot örtüyünə düşüb. Təyyarədə olan 176 sərnişin və 6 ekipaj üzvünə heç bir zərər verilmədiyi, hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.
Norveç mətbuatı yazır ki, təyyarə hidravlik sistemindəki nasazlıq səbəbindən təcili eniş edib.
V. QULİYEV

Ana səhifəyə dön


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://reyting.az
archiveBu xəbər 29 Dekabr 2024 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri