Icma.az
close
up
RU
Təyyarə qəzası: ehtimallar və reallıqlar

Təyyarə qəzası: ehtimallar və reallıqlar

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Azərbaycan Hava Yolları"nın təyyarəsinin qəzaya uğraması ilə bağlı müzakirələr mediada və sosial şəbəkələrdə davam edir və davam edəcək. Bu, çox ağır faciədir. Hava gəmisində olmuş 67 nəfərdən 38-i həyatını itirib. Qalanları yaralıdır. Aralarında ağır yaralananlar var. Həlak olanlara rəhmət, xəsarət alanlara şəfa diləyirik.

Məlum olduğu kimi, J2-8243 nömrəli reyslə Bakıdan Qroznıya uçan təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza enişi edib.

Mediadakı məlumatlara görə, təyyarənin Qroznıya, eləcə də, Mineralnıye Vodı, Mahaçqala şəhərlərinə enişinə icazə verilməyib. Buna səbəb kimi əlverişsiz hava şəraiti və təyyarənin quş qatarı ilə toqquşması 0ğgöstərilir. Ancaq müxtəlif xarici media mənbələrində həmin vaxt Qroznıya və ətraf şəhərlərə pilotsuz uçuş aparatları ilə hücum edildiyi deyilir. Belə olduğu halda, deməli, o ərazidə Hava Hücumundan Müdafiə Qüvvələri işləyib. Buna görə də belə versiya yaranıb ki, təyyarənin qəzaya uğraması kənar müdaxilənin nəticəsi ola bilər. Bu versiyanı irəli sürənlər həmçinin təyyarənin fyüzelajındakı və qanadındakı dəlikləri də sübut kimi göstərirlər.

Hələlik rəsmən heç bir versiya təsdiqlənmir, yaxud təkzib edilmir. Çünki araşdırmalar hələ yeni başlayıb. Prezident İlham Əliyev də dünən keçirdiyi müşavirədə bunu deyib: "Mediada, sosial şəbəkələrdə təyyarənin qəzaya uğraması anları mövcuddur. Ona görə onu hər kəs görə bilər. Ancaq qəzanın səbəbləri bizə bəlli deyil. Müxtəlif versiyalar var. Hesab edirəm ki, hələ bu barədə danışmaq tezdir. Məsələ tam araşdırılmalıdır".

Yeri gəlmişkən, Qazaxıstanda da dərhal cinayət işi açılıb, orda da anoloji araşdırmalar gedir. Buna görə də hələ ki qəzanın səbəbləri haqqında rəsmi olaraq heç bir məlumat yoxdur. Amma hər iki ölkə həm qəzanın səbəblərinin araşdırılması, həm də nəticələri ilə bağlı birgə operativ işbirliyi qurublar. Prezident İlham Əliyev özü də deyib ki, müxtəlif versiyalar var. Deməli, o, dövlət başçısı olaraq bütün versiyaların araşdırılmasına göstəriş verib.

Bu hadisədə Azərbaycan prezidenti başda olmaqla bütün dövlət sistemi yüksək həssaslıq və peşəkarlıq göstərdi. Qəza xəbərini dövlət başçısı Rusiyaya -MDB zirvə görüşünə gedərkən yolda almışdı. Dərhal da öz təyyarəsinə geriyə - Vətənə uçmaq göstərişi vermişdi. Eyni zamanda hələ yoldaykən dövlət komissiyası yaradılması, müvafiq xidmətlərin Qazaxıstana heyətlər göndərməsi haqda qərarlar qəbul etmişdi. Bakıya enən kimi hava limanında müşavirə keçirmişdi. Bu qərarların, tapşırıqların icrasına prezident özü nəzarət edir.

Bu, təkcə normal vaxtlarda deyil, böhran hallarında da dövlət sisteminin saat kimi işləmə qabiliyyətini göstərir. Həlak olanların ölkəyə gətirilməsi, yaralıların müalicəsinin təşkili işi operativ və Qazaxıstanın müvafiq xidmətləri ilə əlaqəli şəkildə qurulub. Bu cür hallar dövlət və cəmiyyət üçün sınaq anlarıdır. Həm dövlətin, həm cəmiyyətin bu faciəli hadisəyə reaksiyası da həssas və məsuliyyətli oldu.

Əlbəttə, bu qəza baş verən andan ilkin olaraq hava gəmisi pilotlarının öz vəzifələrini necə yerinə yetirdiyi diqqət mərkəzində olur. Hadisənin ilkin məlumatlara əsaslanan təhlili göstərir ki, uçuş heyəti insan tələfatının qarşısını almaq, bu mümkün olmadığı halda isə itkiləri minimuma endirmək üçün əlindən gələn hər şeyi edib. Başqa aviaşirkətlərə məxsus təyyarələrin oxşar qəzaları zamanı adətən ya heç kim sağ qalmır, ya da xilas olan çox az olur. AZAL-ın təyyarəsinin uçuş heyətinin bütün üzvləri - pilotlardan tutmuş stüardesselara qədər- özləri də real ölüm təhlükəsi ilə üz-üzə qalmalarına baxmayaraq, mümkün qədər daha çox sərnişinin həyatda qalması üçün son saniyəyə qədər mübarizə aparıblar. Onların bu davranışı cəmiyyətdə də öz layiqli təqdirini aldı. Araşdırmalar başa çatandan sonra dövlət də öz obyektiv münsibətini, şübhəsiz, göstərəcək.

Dəfələrlə xarici ölkələrə müxtəlif aviaşirkətlərə məxsus təyyarələrdə səfər etmiş biri kimi deyə bilərəm ki, AZAL-ın pilotları yüksək peşəkarlığı və məsuliyyəti ilə seçilir. Bu qəza, əlbəttə, birinci belə hadisə deyil; bundan əvvəl də müxtəlif illərdə cəmi 4 təyyarə qəzası olub. Ancaq həmin zaman içərisində - 1988-ci ildən 2024-cü ilədək keçən dövrdə ümumilikdə beş belə qəzanı sayına və insan itkilərinə görə başqa hava daşıyıcıları ilə müqayisə etsək, AZAL-ın pilotlarının yüksək peşəkarlığına və uçuşlarının təhlükəsizliyinə bir daha əmin olarıq. Hər bir insan ağır itkidir və hər birimizi dərindən yaralayır. Ancaq bu, qəzadır və heç kim heç vaxt tam sığortalana bilməz. Dünyanın ən nəhəng hava şirkətlərinin tarixinə baxsaq, çoxlu belə qəzalar görəcəyik. Buna baxmayaraq, statistika onu da göstərir ki, hava nəqliyyatı bütün başqa nəqliyyat vasitələri arasında ən təhlükəsizidir. Avtomobil qəzalarında, məsələn, daha çox insan itkisi olur. İstənilən halda böyük ağrı və ağır faciədir. Belə məqamlarda bizə düşən vəzifə bir-birimizin əlindən tutmaq və dövlətimizin yanında olmaqdır.

Bahəddin Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 26 Dekabr 2024 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1429

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see709

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see558

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see480

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see470

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see459

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see446

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see412

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see389

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see350

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see315

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see302

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see297

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see292

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see287

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see284

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see269

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see266

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see266

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see265
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri