“Pilgrim Education” xaricdə təhsil şirkətindən zərəçəkənlər qrup yaratdılar
Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Son aylarda Azərbaycanda xaricdə təhsil xidməti göstərdiyi bildirilən “Pilgrim Education” şirkəti ilə bağlı narazılıqlar gündəmdən düşmür. Xaricdə təhsil adı ilə fəaliyyət göstərən “Pilgrim Education” şirkəti ətrafında böyük narazılıq dalğası yaranıb.
Tribunainfo.az-ın xəbərinə görə, bir qrup vətəndaş şirkətlə bağlı yaşadıqlarını əsas gətirərək, artıq xeyli sayda zərərçəkənlər məsələ ilə bağlı birləşərək Whatsapp qrupu yaradıb və qrupa vəkil-hüquqşünasları da cəlb ediblər.
Onlarla zərərçəkən bir araya gələrək, düşdükləri haqsız durumdan çıxış yollarını müzakirə edirlər.
İddialara görə, şirkət aldığı ödənişlər müqabilində tələbələri müxtəlif ölkələrə qəbul etdirəcəyini vəd etsə də, bu vədlərin çoxu reallaşmayıb.
Üstəlik, nəticə olmadığı halda, ödənişlərin qaytarılması ilə bağlı da uzun sürən gecikmələr və əsassız şərtlər ortaya çıxıb.
Zərərçəkənlərin sözlərinə görə, bəzi şəxslərə pulu geri almaq üçün şirkətin özünün hazırladığı, məzmunu naməlum və mübahisəli olan sənədləri imzalamaq təklif olunub.
Onlar hesab edirlər ki, məsələ yalnız ictimailəşmə və birgə mübarizə yolu ilə həll oluna bilər.
Eyni zamanda, zərərçəkənlər yaxın günlərdə Prezidentə müraciət edəcəklərini və məsələnin tam şəffaf şəkildə ictimaiyyətə təqdim olunacağını bildirirlər.
Gözləntilər böyükdür: Yaxın günlərdə ictimaiyyət bu qalmaqalın bütün pərdəarxası detallarını eşidəcək.
Dəniz Pənahova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 17 Noyabr 2025 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















