Icma.az
close
up
RU
Dərsdən sonra məktəblərdə qalacaq müəllimlər KİMLƏRDİ SİYAHI

Dərsdən sonra məktəblərdə qalacaq müəllimlər KİMLƏRDİ SİYAHI

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Ötən gün “təhsildə nə baş verir?” sualı ətrafında hazırladığımız yazı həm Modern.az, həm də AzEdu.az tərəfindən dərc olundu və sosial mediada geniş rezonans doğurdu. Bunu təbii qarşılayırıq. Çünki ölkədə 150 minə yaxın müəllim fəaliyyət göstərir və söhbət bu qədər böyük bir təbəqədən gedirsə, istənilən dəyişiklik onların hamısına toxunur. Deməli, ictimai marağın və emosional reaksiyaların olması ən normal haldır.
Amma məsələnin kədərli tərəfi başqadır.

Müəllim cəmiyyətin maarif körpüsüdür. Sağlam düşüncənin daşıyıcısı, şagirdin ilk intellekt modeli, ictimai təfəkkürə yön verən şəxsdir. Ona görə də “müəllimlər ordusu” ifadəsi təsadüfi deyil. Burada söhbət böyük, güclü və təsirli bir qüvvədən gedir.

Belə bir ordunun kütlə yanaşması nümayiş etdirməsi isə müəllim peşəsinin mahiyyətinə və cəmiyyətin onlara verdiyi dəyərə uyğun gəlmir.

Son günlərin müzakirələrinə baxanda kütlə psixologiyasının izlərini açıq görürük. Halbuki dəyişikliklərə münasibətdə daha analitik, daha ölçülü-biçili və daha faktlara söykənən yanaşma gözlənilir.

Müzakirələrin böyük hissəsi məhz bu yanlış nəticədən qaynaqlanır. Bu, yeni layihənin əsas hədəfi deyil və mövzu belə təqdim edilməyib.

Bilməyənlər bilsin, rəsmi açıqlama da belə oldu, hətta sertifikasiyadan 50 baldan yüksək nəticə göstərən müəllimlər üçün proses müraciət əsasında, könüllü şəkildə formalaşacaq. Yəni heç kim bütün müəllimləri məcburi şəkildə saat 18:00-a qədər məktəbdə saxlamaq niyyətində deyil. Və bu, könüllülük əsasında sertifikasiyada 50 baldan çox göstəricisi olanlara şamil ediləcək.

Maraqlı sual isə buradadır. Sertifikasiyadan 50 baldan çox toplamaq nə qədər müəllimə müyəssər olub? Bizdə olan statistika odur ki, bu göstərici müəllimlərin ümumi sayının təxminən 25 faizindən aşağıdır.


Və daha düşündürücü məqam  məhz sertifikasiyada aşağı nəticə göstərən müəllimlərin səs-küyü daha çoxdur. Bu isə obyektiv yanaşmanı kölgəyə salır və real problemlərin müzakirəsinə imkan vermir.

Hörmətli müəllimlər, siz maaşınızın artırılmasını istəyirsiniz, bu, tamamilə haqlı tələbdir.

Evinizdə repetitorluq edirsiniz, dərs keçir, hazırlıq aparırsınız, əlavə gəlir qazanırsınız. Amma eyni işi məktəbdə, daha şəffaf, daha təhlükəsiz, daha sistemli şəkildə edib əlavə qonorar almağa niyə qarşı çıxırsınız?

Valideynlər övladlarını fərqli ünvanlara müəllim yanına aparmaq istəyər, yoxsa məktəbin özündə, müəllimin öz kabinetində, nəzarətli şəraitdə öyrənməsinə üstünlük verər?

Bu sualın cavabı sadədir, sonda qazanacaq tərəf həm şagird, həm müəllim, həm də məktəb mühitidir.

Tənqid yazmaq, etiraz etmək, fikir bildirmək hər kəsin haqqıdır. Amma müəllim fərqli olmalıdır. Çünki müəllim öyrədir, müəllim örnəkdir, müəllim cəhalətə qarşı mübarizə aparır. Odur ki, müəllim fakt və məntiqlə danışmalıdır.

Qərar verəndə, sosial şəbəkədə fikir bildirəndə, yayılan yanlış şayiələrin təsirinə düşməyin. Kütlə düşüncəsi ilə yox, peşəkar düşüncə ilə hərəkət edin. Axı müəllim cəmiyyətin işığını yandıran qüvvədir. İşiniz avand olsun, seçim də sizin, yol da sizin.

Etiraf etmək lazımdır ki, rəsmi qurumların bu məsələni qəfil gündəmə gətirməsi cəmiyyətdə şok effekti yaratdı. Çünki belə məsələlər normalda geniş izahdan sonra, müzakirələrlə, pilot layihələrlə, təhlil və əsaslandırmalarla addım-addım tətbiq olunmalıdır. Birbaşa elan edilməsi təbii ki, emosional reaksiyaların yaranmasına səbəb oldu. Bunu rəsmilər də hesabalamamış deyildilər.

Amma bu, heç bir halda mahiyyətin yanlış təqdim edilməsinə və müəllimlərin çaşqınlıq içində qalmasına səbəb olmamalıdır.

Təhsildə dəyişikliklər qaçılmazdır. Cəmiyyət inkişaf etdikcə, məktəb sistemi də yenilənməlidir. Bu islahatların hədəfini müəllimi cəzalandırmaq mestəvisinə gətirməyin. Bu islahatlar  müəllimi gücləndirmək, məktəbdə keyfiyyəti artırmaq, repetitorluğun kölgəsini məktəbdaxili mexanizmlərlə əvəz etməkdir.

Müəllimlərimizdən hamımızın gözləntisi isə məsələlərə kütlə psixologiyasından uzaq durub analitik düşüncə ilə yanaşmaq. Axı siz öyrədənsiniz, hörmətli müəllimlər.

Sevinc MƏHƏRRƏMOVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Noyabr 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri