Təyyarə qəzası ilə bağlı cinayət işinin ilkin araşdırması dediyim versiyanı bir daha təsdiqləyir Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.
Prezident İlham Əliyev bəyan edib ki, təyyarə qəzası ilə bağlı cinayət işinin ilkin araşdırması onun səsləndirdiyi versiyanı bir daha təsdiqləyir.
"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış "Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşündə dövlət başçısı xatırladıb ki, hadisə ilə bağlı dövlət Komissiyası yaradılıb, komissiya fəaliyyət göstərir:
"Eyni zamanda, mənim göstərişimlə Azərbaycan prokurorluğu cinayət işi açıb. Cinayət işinin ilkin araşdırması dediyim versiyanı bir daha təsdiqləyir. Bu barədə ilkin məlumat bizdə artıq dekabrın 29-da var idi və Azərbaycan Televiziyasına vida mərasimindən sonra verdiyim müsahibədə mən həm öz fikirlərimi, eyni zamanda, istintaqın bizə verdiyi məlumatı Azərbaycan xalqına çatdırmışdım. Bildirmişdim ki, Azərbaycan ictimaiyyəti istintaqın gedişatı ilə müntəzəm surətdə tanış olacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 06 Yanvar 2025 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















