Təyyarə qəzası zamanı “YOXA ÇIXAN” sərnişin 2 gün sonra SAĞ TAPILDI FOTO KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Daha bir Zaqatala sakininin təyyarə qəzasından sağ çıxdığı məlum olub.
KONKRET.az xəbər verir ki, yaxınlarının Lent.az-a verdiyi məlumata görə, Danaçı kənd sakini Müslümət Siracavova qəzadan sonra koma vəziyyətində xəstəxanaya çatdırılıbmış. O, bu gün ayılıb və kimliyini deyə bilib.
Hazırda onun oğlu da yanındadır.
Qeyd edək ki, M. Siracova təyyarə qəzasından sağ çıxan digər zaqatalalı sərnişin Nurulla Siracovun həyat yoldaşıdır.
Nurulla Siracov ötən gün Aktaudan Bakıya gətirilib.
Müalicə aldığı Yeni Klinikada jurnalistlərə müsahibə verən Nurulla Siracov həyat yoldaşının taleyindən nigaran qaldığını dilə gətirmişdi:
“Təyyarədə yoldaşımla yan-yana oturmuşduq, hadisədən sonra mən onu görməmişəm. Bircə bilmək istəyirəm ki, yoldaşım yaxşıdırmı? İnşallah görüşərik. Təyyarədə yan-yana oturmuşduq. Qəzadan sonra onu tapa bilmədim. Onun üçün çox darıxıram”.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 28 Dekabr 2024 09:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















