Təyyarə qəzasında həlak olanlara anım mərasimi keçirildi FOTO
Icma.az bildirir, Milli.az portalına istinadən.
Dekabrın 24-də Liviya Baş Qərargah rəisi Məhəmməd Əli Əl-Həddadın da daxil olduğu təyyarənin Ankara yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanlar üçün anım mərasimi təşkil olunub.
Milli.Az xəbər verir ki, mərasim Mürted Hava Meydan Komandanlığında keçirilib. Tədbir zamanı həlak olan liviyalı şəhidlərin nəşləri üçün dualar oxunub.
Ankarada qəzaya uğrayan təyyarə ilə bağlı yeni detal - Qəzadan əvvəl son mesaj... - FOTO
Mərasimdə Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülərin rəhbərliyi ilə Baş Qərargah rəisi Səlcuq Bayraktaroğlu iştirak edib.
Xatırladaq ki, Türkiyəyə rəsmi səfərdən sonra ölkələrinə qayıdan beş nəfərlik Liviya hərbi nümayəndə heyətini daşıyan Falcon 50 tipli biznes təyyarəsi Ankara yaxınlığında radarlardan itib və sonradan qəzaya uğradığı müəyyən edilib. Qəza nəticəsində həyatını itirən şəxslər: Liviya Baş Qərargah rəisi Məhəmməd Əli Əl-Həddad, Ordu komandanı, general-leytenant Əl-Fayturi Qərib, Liviya Hərbi Sənayesinin rəhbəri, briqada generalı Mahmud Əl-Qətivi, Baş Qərargah rəisinin müşaviri Məhəmməd Əl-Əsəvi Diab, Baş Qərargah rəisinin fotoqrafı Məhəmməd Ömər Əhməd Mahcub.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 27 Dekabr 2025 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















