Icma.az
close
up
RU
Təyyarə qəzasında “rus barmağı” “Moskva öz cinayətini gizləmək üçün…” Yeni Çağ Media

Təyyarə qəzasında “rus barmağı” “Moskva öz cinayətini gizləmək üçün…” Yeni Çağ Media

Yenicag saytına istinadən Icma.az xəbər verir.

“Hadisənin baş verməsində Rusiyanın birbaşa əli olduğu birmənalıdır. Yəni Rusiya özünün hava hücumundan müdafiə sistemləri tərəfindən təyyarənin vurulması məsələsində məsuliyyət daşıyır. Lakin bunun qarşısını almaq mümkün idi”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Mürtəza Bünyadlı deyib.

Analitik Rusiyanın “Pantsir-S1” hava hücumundan müdafiə sistemləri tərəfindən AZAL-a məxsus təyyarənin vurulması faktına münasibət bildirib.

M. Bünyadlı diqqətə çatdırıb ki, həmin gün Çeçenistan və Şimali Osetiya istiqamətində Ukraynanın pilotsuz uçuş aparatları ilə hücumları baş vermişdi:

“Belə bir təhlükəsizlik şəraitində ya həmin ərazilərdə təhlükəsizliyi təmin etmək üçün hava limanlarının fəaliyyəti müvəqqəti dayandırılmalı, uçuşlar təxirə salınmalı idi, ya da alternativ hava limanlarına yönləndirmələr edilməli idi. Təəssüf ki, bunların heç biri baş vermədi. Digər vacib məqam isə hava hücumundan müdafiə sistemlərinin düzgün idarə olunmaması idi. Bu sistemlər sərnişin təyyarəsi ilə pilotsuz uçuş aparatını radarlarda ayırd edə biləcək səviyyədədir. Amma burada da ciddi idarəetmə səhvləri oldu. Rusiya tərəfi bu hadisəni yüksək səviyyədə idarə edə bilmədi”.

Onun sözlərinə görə, hadisənin qəsdən törədilməsi fikri isə inandırıcı görünmür:

“Həmin gün Azərbaycan Prezidenti Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitdə iştirak edirdi. Bu baxımdan, hadisənin məqsədyönlü şəkildə, yəni Azərbaycanı cəzalandırmaq məqsədilə törədildiyini düşünmürəm. Burada, əsasən, aidiyyəti qurumların hərbi sistemlərdəki yanlışlıqları və qeyri-peşəkar idarəetməsi rol oynayıb. Hadisədən sonra Rusiya Azərbaycan təyyarəsinin alternativ ərazilərdə təhlükəsiz eniş etməsinə imkan vermədi. Görünür, Moskva öz cinayətini gizlətmək üçün qəzanı daha uzaq ərazilərə yönləndirmək məqsədi güdüb. Bununla belə, bu hadisədə Moskvanın birbaşa əlini görmək yanlışdır. Rusiya indiki şəraitdə Azərbaycanla münasibətləri pozmaq istəməz, çünki Azərbaycan Rusiya üçün strateji əhəmiyyətə malikdir”.

“Azərbaycan tərəfi isə bu hadisəni beynəlxalq müstəvidə qabartdı və Rusiyanın məsuliyyətini dünya ictimaiyyətinə çatdırdı. Bu, həm diplomatik səviyyədə, həm də mətbuat vasitəsilə edildi. Ancaq Azərbaycan bu məsələyə görə Rusiya ilə münasibətləri kəskinləşdirmək niyyətində deyil, çünki milli maraqlar daha üstündür. Azərbaycan tərəfi məsul şəxslərin cəzalandırılmasına çalışacaq və bunu diplomatik yollarla həll etməyə üstünlük verəcək. Azərbaycan rəhbərliyi bu məsələdə təxribata yol verməyəcək və münasibətlərin pozulmasının qarşısını almağa çalışacaq. Bu yanaşma həm milli, həm də dövlətçilik maraqlarına uyğundur”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 27 Dekabr 2024 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri