Təyyarə qəzasında sağ qalan 20 yaşlı Ayhanın anası: Oğlumun yaşadığını videolara baxanda gördüm Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
AZAL-ın Aktau şəhəri yaxınlığındakı təyyarə qəzasında sağ qalan sərnişinlərdən biri Ayhan Bayramzadənin anası danışıb.
BAKU.WS xəbər verir ki, Aynur Bayramova övladının sağ olduğunu videoları izləyərkən görüb. O bu barədə İTV-yə açıqlamasında bildirib:
"Bu vəziyyətdə bir ana hansı hissləri keçirdirdisə mən də elə idim. Şükür etdim ki, övladım sağdı. Onun yaşadığını bizə göndərdikləri videolardan gördüm. Allah yenidən onu bizə bağışladı. Şükür edirəm!".
Xatırladaq ki, 20 yaşlı Ayhan Bayramzadə Lənkəran rayon sakinidir. O işləmək üçün Dağıstanda yaşayan əmisinin yanına gedirmiş.
Məlumat üçün bildirək ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer" sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 26 Dekabr 2024 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















