Icma.az
close
up
RU
Təyyarə qəzasından necə sağ çıxmaq olar? Mütəxəssislərin məsləhətləri

Təyyarə qəzasından necə sağ çıxmaq olar? Mütəxəssislərin məsləhətləri

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hər təyyarə qəzası bütün sərnişinlərin ölümü ilə nəticələnmir. Müəyyən nüansları bilməklə sağ qalma şansınızı artıra bilərsiniz.

Lent.az xəbər verir ki, Aviasiya qəzaları olduqca nadir olsa da, baş verir. Təəssüf ki, bu cür qəzalar zamanı insanlar ölür.

Buna baxmayaraq bəzi sərnişinlərin təyyarə qəzasında sağ qalması halları da baş verir.

Məsələ ilə bağlı araşdırma aparan “The Sun” nəşri fəlakətdən sağ çıxmaq şansınızı necə artıracağınıza dair ekspert məsləhətlərini toplayıb.

Aviasiya üzrə analitik Meri Şiavo deyib: “Mən təyyarəyə minəndə zehni qeyd edirəm və deyirəm: “Mənim ən yaxın qapılarım üç sıra öndə və iki sıra arxadadır”.

Təcili çıxışların harada olduğunu bilmək üçün uçuşunuzun əvvəlində stüardessaların məsləhətini dinləyin.

Uçuş bələdçiləri təkcə təyyarədən bütün çıxışları qeyd etmir, həm də qəza zamanı, xüsusən də təyyarə su üzərində qəzaya uğradıqda nə etməli olduqlarını izah edirlər.

2009-cu ildə Hudson çayı üzərindəki məşhur təyyarə qəzasından sağ çıxan Coş Peltz suya endikdən sonra ona və başqalarına təyyarədən qaçmağa kömək edən təhlükəsizlik prosedurlarını bilmək olduğunu deyib.

Dünyanın ən böyük uçuş təhlükəsizliyi şirkətlərindən biri olan “Afuzion Inc”in baş direktoru Vans Gilderman deyir ki, qəzaya uğramış təyyarəni tərk etməzdən əvvəl əşyalarınızı götürməyə cəhd etməyin.

"Onlar bunu hər dəfə edirlər - tələsirlər və təyyarədən enməyə çalışırlar və istər çanta, istərsə də digər şəxsi əşyalar olsun, onu əldə etməyə çalışırlar. Bu, insanları gecikdirir və salonda istəmədiyiniz problemlər yaradır. Bu, həyati əhəmiyyət kəsb edir. İnsanlara açıq-aydın deyirlər ki, hər şeyi arxada qoysunlar, amma sonra etdikləri ilk iş bu mesaja məhəl qoymamaqdır", - o bildirib.

O, təyyarənin ən təhlükəsiz yerinin adını da açıqlayıb. Onun sözlərinə görə, o, qanadın üstündə, qəza qapısının düz yanında yerləşir. Bunun səbəbi qəza çıxışına ən yaxın olan sərnişinlərin qəza zamanı ilk olaraq təyyarəni tərk etmələridir. Təcili çıxış oturacaqları da daha çox ayaq boşluğuna malikdir və bu onları sərnişinlər üçün daha rahat edir.

Mütəxəssislər həmçinin sərnişinlərə qəza zamanı qoruyucu duruşu (başlarını aşağı salmaq) həyata keçirməyi etməyi tövsiyə edirlər. Bu, kəllə-beyin travması riskini azaldacaq və təcili eniş zamanı baş verən fırlanma və dönmələrin miqdarını azaldacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://lent.az
archiveBu xəbər 20 Fevral 2025 02:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri