Icma.az
close
up
RU
Menu

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Sumqayıt ın Antalya toplanışı

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

Təyyarə qəzasının əsl günahkarları məlum oldu POLİTOLOQ

Təyyarə qəzasının əsl günahkarları məlum oldu POLİTOLOQ

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya dövləti günahkarların cəzalandırılması və təzminatın ödənilməsi istiqamətində real addımlar atmalıdır


Rusiya təyyarə qəzasının başvermə səbəblərindən yayınmaqda davam edir və yenə də bütün günahı AZAL təyyarəsinin pilotlarının üzərinə atmağa çalışır.

“Rosaviasiya” yaydığı bəyanatda ilkin hesabata reaksiya verib və AZAL-ın təyyarəsinin quş dəstəsi ilə toqquşması və oksigen balonunun partlamasına dair yaydığı yalanın “Embraer” ekipajından gəldiyini” bildirib.

Ardınca isə qeyd edib ki, Mahaçqala və Mineralnıye Vodı aeroportlarının təyyarəni qəbul etməyə hazır olmalarına baxmayaraq, ekipaj bu təkliflərdən yararlanmayıb.

“Rosaviasiya” AZAL-ın təyyarə qəzası ilə bağlı hesabatın ilkin xarakter daşıdığını və onun səbəbləri ilə bağlı heç bir nəticənin hələ olmadığını vurğulayıb.

Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qroznıda Rusiya HHM sistemi (Pantsir-S) vasitəsilə vurulub. Enişinə icazə verilmədiyindən Qazaxıstana üz tutan təyyarə Aktau Hava Limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabat ötən gün yayılıb. Hesabatda təyyarənin Qroznı səmasında kənar müdaxilə nəticəsində ciddi zədə aldığı və bunun nəticəsində qəzaya uğradığı təsdiqlənib.


Mövzunu dəyərləndirən Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov isə “Sherg.az”a açıqlamasında deyib ki, Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən Aktau yaxınlığında Azərbaycana məxsus təyyarənin qəzaya uğraması barədə yayımlanan 53 səhifəlik hesabatda təyyarənin qəzadan əvvəl kənar müdaxiləyə məruz qaldığının təsdiqlənməsi "qara qutu"dan məhz Rusiyanın çıxması deməkdir: 

""Reuters" agentliyinin Azərbaycan təyyarəsinin Rusiyanın "Pantsir-S" raketi ilə vurulduğunu qeyd etməsi də bu həqiqətin təsdiqidir. Agentlik bildirir ki, “Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş “Pantsir-S” raketinin qəlpəsi var”.

Beləliklə, təyyarəmizin Rusiya tərəfindən vurulduğu artıq rəsmi olaraq təsdiqlənib. Rusiya tərəfi bu həqiqəti heç cürə dana bilməz. Biz bu məsələdə Rusiya tərəfindən beynəlxalq hüququn normalarına uyğun sivil davranış gözləyirik. Rəsmi Bakı haqlı olaraq Rusiyadan faktı etiraf etməyi, üzr istəməyi və kompensasiya verməyi tələb edir. Lakin əfsuslar olsun ki, rəsmi Moskvanın hesabata reaksiyası yenə də gecikir. Kremlə bağlı müxtəlif Teleqram kanalları vasitəsilə və Rusiya federal mediasının xətti ilə AZAL-a məxsus təyyarənin vurulması faktının təhrif olunması davam edir. Rusiya mediası Qazaxıstanın açıqladığı hesabatın işıqlandırılmasını da qəsdən məhdudlaşdırır və ictimaiyyəti çaşdırmağa çalışır”. 


Politoloq qeyd edib ki, Rusiya tərəfi onsuz da zədələnmiş reputasiyasının daha da korlanmasını istəmirsə, Azərbaycan Prezidenti İlham Əliyevin çağırışlarına adekvat münasibət sərgiləməli, təyyarəmizin vurulması faktı etiraf olunmalı, məsuliyyət daşıyanlar cəzalandırılmalı və təzminat ödənilməlidir: 

“Azərbaycan tərəfinin bu çağırış və tələblərində qeyri-adi və beynəlxalq hüquqa zidd heç bir şey yoxdur. Bu tələb və normalar Beynəlxalq Mülki Aviasiya qaydalarında da öz əksini tapıb. Beynəlxalq Mülki Aviasiya qaydalarına görə, istənilən mülki təyyarənin vurulması faktı təsdiqini taparsa, təyyarəni vuran ölkə qarşı tərəfdən rəsmi səviyyədə üzr istəməli, məsuliyyət daşıyanlar cəzalandırılmalı, faciə qurbanlarının ailələrinə isə təzminat ödənilməlidir. Bütün bunlar beynəlxalq hüquq normaları olmaqla yanaşı, həm də insani davranış nümunələridir. Biz Rusiya tərəfindən insani davranış gözləyirik”.

AHK sədri hesab edir ki, Rusiya dövləti günahkarların cəzalandırılması və təzminatın ödənilməsi istiqamətində real addımlar atmalıdır. Azərbaycan dövləti bu məsələdə öz haqlı mövqeyini axıra qədər davam etdirəcək. Prezident İlham Əliyev bütün məsələlərdə milli maraqlarımızdan çıxış etdiyi kimi təyyarə faciəsi ilə bağlı həqiqətlərin üzə çıxarılmasında da prinsipial mövqe nümayiş etdirir. Ona görə də Rusiya tərəfi inkarçılıq mövqeyindən əl çəkib rasional davranış sərgiləməli və beynəlxalq hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməlidir. Rusiya gerçək müttəfiq olduğunu isbatlamaq istəyirsə, müttəfiq kimi də davranmalıdır. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Fevral 2025 06:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see257

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see251

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see235

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see190

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see188

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see162

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see148

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see147

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see142

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see140

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see137

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see132

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri