Icma.az
close
up
RU
Təyyarə qəzasının müxtəlif SPEKULYASİYALARI: PUA, HHM, yoxsa quş hücumu? Səxavət Məmməd yazır Yeni Çağ Media

Təyyarə qəzasının müxtəlif SPEKULYASİYALARI: PUA, HHM, yoxsa quş hücumu? Səxavət Məmməd yazır Yeni Çağ Media

Icma.az, Yenicag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AZAL-a məxsus təyyarənin qəzaya uğraması, yoxsa quş dəstəsinə, Ukrayna PUA-na tuş gəlməsi və ya rusların hava hücumundan müdafiə sistemi (HHM) tərəfindən vurulması cəmiyyət tərəfindən ciddi müzakirə edilir. Bəri başda deyim, bəziləri konkret boşboğazlıqla məşğuldur.

Hər kəs düz bildiyini yazır, amma hərənin düzü özünə, biz reallıqlara baxaq. Əvvəla, bu tip hadisələrdə bütün versiyalar yoxlanılır. “Qara qutu” isə son sözü deyir.

Ən çox iddia olunan məsələ HHM sistemi tərəfindən vurulmasıdır. Hansı HHM sistemi olub bu? HHM sistemi ilə az mülki təyyarə vurulmayıb. Hamısının aqibəti də məlumdur. O necə HHM olub ki, mülki təyyarəni vurub, ancaq təyyarə bir saat havada var-gəl edib, Mahaçqalaya enmək istəyib, alınmayıb, sonda yanacağı boşaldıb Aktauya enməyə qərar verib? Hər kəs videolar üzərindən analiz verir. Təyyarənin enmə videosuna bir neçə dəfə baxdım, təyyarə havada olarkən tüstü gözə dəymirdi.

Hesab edək ki, Rusiya HHM səhv edib təyyarəni vurub. Belə olsaydı, Rusiya bunun üçün rəsmən üzr istəyib, rahatlıqla məsələni bağlaya bilərdi. Bu cür hallar ilk deyil, son da olmayacaq. Hətta bilərəkdən vurulma anlarında belə rəsmi üzr və təzminatla məsələ öz həllini tapır. Misal üçün rus helikopterinin Naxçıvan istiqamətində, Rusiya qırıcısının Türkiyə tərəfindən vurulması, İranın Ukrayna təyyarəsini bilmədən vurması və s… Bu cür halları say-say bitməz.

Rusiya ilə Azərbaycan münasibətlərini nəzərə alsaq, hətta Azərbaycan Prezidentinin MDB sammiti üçün getdiyini göz önünə gətirsək, Rusiya tərəfinin belə səhvini etiraf etməsindən nə çəkindirə bilər sualı HHM versiyasını ağlabatan etmir. Demirəm, mümkün deyil, sadəcə, versiyanın özü də böyük sual işarəsidir.

PUA məsələsi də maraqlı versiyadır. PUA-nın mülki təyyarəni vurma ehtimalı real deyil. Normalda Ukrayna tərəfi kamikadze dronlarla hücum edir. Hədəfləri isə havada yox, yerdəki obyektlər olur. PUA-nın zərərsizləşdirilməsi nəticəsində PUA-nın, yaxud onu vurmaq üçün atılan raketin qalıqlarının təyyarəyə çırpılmaq ehtimalı ola bilər? Mümkün variantdır. “Pantsir-S1/SM” özüyeriyən zenit raket kompleksidir. Bu kompleksin hədəf aşkarlama sistemi aşağı sürətli kiçik ölçülü PUA-ları aşkar etmək üçün dəyişdirilib. PUA-nı vurmaq üçün atılan raket təyyarəyə zərər verə bilər? Bilər. O zaman daha bir sual çıxır: mülki təyyarə istiqamətinə doğru niyə atəş açılıb? Yeri gəlmişkən, bu sistemlərdən atılan mərmilər dəyərək yox, havada partlayır və qəlpələrlə zərər verir. Təyyarə ilə PUA toqquşması mümkündür? Mümkün variantdır. Hətta toqquşmadan sonra PUA-nın təyyarədən kənarda partlaması da mümkündür. Kamikadze PUA təyyarəyə çırpıldığı an partlayarsa, təyyarə də havada partlayardı. Təyyarədən kənarda partlayarsa, zərər verə bilərdi.

Bəziləri deyir ki, təyyarəni pilot suya endirsə, daha yaxşı olardı. İnsan özü suya kəllə vuranda belə səhv edirsə, mütləq şəkildə “yanır”. Suya düzgün şəkildə baş vura bilməyən insanlar görmüşəm ki, ağrıdan və boğulmaqdan güc-bəla ilə xilas etmişik. Bir anlıq düşünün, dənizə təyyarə düşür. Onun dəyməsi bir problem, sudakı insanların hipotermiyadan ölməsi isə başqa bir problem olardı. Qış fəslində olduğumuzu nəzərə alsaq, təyyarə suya ensəydi, zərbədən sağ qalanlar da hipotermiyadan öləcəkdi.

Quş versiyasını heç kim qəbul etmədiyi üçün bu versiyaya da bir “quş” qoyub, keçim brifinqə. Brifinq olacağını dedikdə, oturub gözlərimi ekrana zillədim ki, nə isə maraqlı bir şey eşidəcəyəm. Məlum oldu ki, 3 qurumun mətbuat xidmətinin bildiyindən daha çox informasiyam var. Bütün dünyanın gözü o brifinqdə idi. Azərbaycan mediasını yola verə bilərsiniz, buna bir sözüm yoxdur. Çünki yola veriləsi mediadır. Lakin dünyanın bütün media qurumları ən azı onlayn şəkildə sizi izləyir ki, bir şey deyəsiniz. Deməyiniz bir yana, ümumiyyətlə, o nə idi hələ də anlamış deyiləm. Brifinq keçirən şəxslər mətbuatdan o qədər uzaqdırlar ki, ya zəlzələdən, ya da vəlvələdən nə edəcəklərini bilmirdilər. Bəhanələri olacaq ki, ağır hadisə baş verib, ona görə dilxor idilər. Belə brifinq keçirməkdənsə, keçirməmək daha yaxşı olardı.

Dəyişən heç nə yoxdur. Bildiyimiz Azərbaycan cəmiyyəti bölünüb iki yerə: bir qismi Rusiyanı günahkar çıxarmaq istəyir, digər bir qismi də Ukraynanı. Yazıq ölənin halına…

Ölənlərə rəhmət, sağ qalanlara isə can sağlığı arzu edirəm.

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 26 Dekabr 2024 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see165

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see135

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri