Icma.az
close
up
RU
Təyyarə quş dəstəsi ilə toqquşa bilməzdi Ornitoloji Cəmiyyətin sədri

Təyyarə quş dəstəsi ilə toqquşa bilməzdi Ornitoloji Cəmiyyətin sədri

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhərində qəza enişi edib. Təyyarədəki 67 nəfərdən 38-i həlak olub, 29-u yaralanaraq sağ qalıb.
Dünən baş verən hadisədən dərhal sonra Rusiya Federal Hava Nəqliyyatı Agentliyi - "Rosaviasiya" rəsmi məlumat yaydı. "Rosaviasiya" iddia etdi ki, AZAL-ın təyyarəsinin uçuşuna quş dəstəsi mane olub və bu səbəbdən qəza enişi həyata keçirilib. 
Lakin "Rosaviasiya"nın "quş sürüsü" barədəki iddiası inandırıcı deyildi və elə dünən bu versiya gündəmdən çıxdı.  
Elə Azərbaycan Prezidenti İlham Əliyev də dünən hadisə ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirdiyi müşavirədə qəzanın səbəblərinin hələ bəlli olmadığını vurğulayıb.
"...qəzanın səbəbləri bizə bəlli deyil. Müxtəlif versiyalar var. Hesab edirəm ki, hələ bu barədə danışmaq tezdir. Məsələ tam araşdırılmalıdır. Baş Prokurorluq tərəfindən cinayət işi açılmışdır və təbii olaraq, Azərbaycan ictimaiyyəti həm komissiyanın işinin nəticələri, həm də cinayət işinin gedişatı ilə bağlı müntəzəm olaraq məlumatlandırılacaq", - Prezident İlham Əliyev qeyd edib.
 

Modern.az saytı yüksəkliklə uçan quş dəstələrinin təyyarələrə hansı təhlükəni yaratdığığını şərh etməsi üçün Azərbaycan Ornitoloji Cəmiyyətinin (AOC) sədri Elçin Sultanovla həmsöhbət olub.
Elçin Sultanov deyib ki, Bakı-Qroznı reysinin keçdiyi bölgədə hazırda quşların köçü yoxdur, ona görə də quş dəstəsi ilə bağlı fərziyyə özünü doğrulda bilçməz. 

“Quşların köçü çoxdan bitib, hazırda quşlar qışlama dövründədirlər. Tək-tük quşlar qışda köç üçün Cənuba uça  bilər, amma bizim bölgədən Dağıstan, Çeçenistana, nə də həmin ərazilərdən Azərbaycana quşların köçü olmur. Quşlar kollektiv olaraq bizim bölgəmizdən İrana, İrandan bizə, İraqa və yaxud da Azərbaycanın içində hərəkət edirlər. Böyük köç isə çoxdan bitib və bir də fevralın ortalarında başlayacaq”. 


Elçin Sultanov onu da qeyd edib ki, quşlar maksimum 8000 metrə qədər hündürlükdə uça bilirlər ki, bu da bəzi hallarda təyyarələrin hərəkətinə maneçilik törədə bilər.


“Köç zamanı ən hündürdən uçan quşlardan biri qazlardır, onlar Himalay dağlarının üzərindən də uça və bir sıra hallarda 8000 metr hündürlüyü keçə də bilirlər. Normalda əksər quşlar köç zamanı xüsusilə də gecə vaxtı 1000-3000 metr hündürlüyə qədər qalxaraq uçurlar. Hündürlük bundan daha az da ola bilər, çox da. Məsələn, bəzən sərçəkimilər isə 3000 metrdən daha yüksəyə qalxa bilirlər”.  


“İstənilən quş təyyarə ilə toqquşa bilər. Hansı ərazidə hansı quş növü çoxdursa, orada təyyarənin uçmasına mane törədəcək quş həmin bölgədə yaşayan istənilən növ quş ola bilər. Mediada yayılan şəkillərə baxdıqda isə təyyarənin quyruq hissəsinin dəlik-deşik olduğu görünür. Quşun təyyarəni o cür deşməsi üçün onun təyyarənin yanından üzü həmin hissəyə tərəf sürətli uçaraq başı ilə möhkəm zərbə endirməsi lazımdır. O da bu cür hava şəraitində, quşların az olduğu belə dövrdə mümkün görünmür”, - Elçin Sultanov əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Dekabr 2024 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see164

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see145

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see144

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see134

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see134

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri