Kolleclərdə qəbul sistemi dəyişə bilər Ekspert səbəblərdən danışdı
Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman çıxışlarının birində kolleclərin universitetlərin tərkibinə veriləcəyini bildirib. O, həmçinin kolleclərə 9 illik təhsil bazasından qəbulun tamamilə dayandırılacağını qeyd edib.
Qaynarinfo xəbər verir ki, təhsil eksperti Elmin Nuri məsələ ilə bağlı açıqlamasında son günlər Elm və Təhsil Nazirliyinin rəsmiləri tərəfindən kolleclərə 9 illik təhsil bazasından qəbulun dayandırılması ilə bağlı fikirlərin səsləndirildiyini bildirib.
Ekspertin sözlərinə görə, qərar hələ rəsmən təsdiqlənməsə də, bu istiqamətdə dəyişiklik gözlənilən idi:
“Doğrudur, məsələ hələ rəsmən təsdiqlənməyib. Amma belə bir qərarın qəbul olunması ehtimalı kifayət qədər yüksəkdir. Ümumiyyətlə, bu, gözlənilən məsələ idi. Artıq qərarın vaxtı çatmışdı. Bu il 9 illik təhsil bazası üzrə cəmi 6200 plan yeri ayrılmışdı. Marağın da o qədər yüksək olmadığı görünürdü. Ümumiyyətlə, belə bir qayda var ki, 9 illik təhsil bazasından kolleclərə qəbul olunanlar sonradan universitetlərə imtahansız qəbul imkanından yararlana bilmirlər. Bir çox valideyn isə bu məqamdan xəbərsiz idi. Bundan başqa, kolleclərə qəbul zamanı ən çox müraciət edilən və tələbat olan ixtisaslar sırasında tibb ixtisasları da var idi. Lakin bu ixtisaslar 9 illik təhsil bazası üzrə qəbul planında yer almırdı. Ona görə də belə bir dəyişiklik gözlənilən idi”.

Elmin Nuri hesab edir ki, 9 illik təhsil bazasından kolleclərə qəbulun dayandırılması əvəzinə şagirdlərin yüksək texniki peşə təhsilinə yönləndirilməsi müsbət addım ola bilər:
“Bu, çox yaxşı yanaşmadır. Bildiyimiz kimi, peşə təhsilinin üç səviyyəsi var: ilkin peşə, texniki peşə və yüksək texniki peşə. Yüksək texniki peşə təhsili subbakalavr dərəcəsi verir. Yəni şagirdlər əslində heç nə itirməyəcəklər. Kollecə deyil, yüksək texniki peşə təhsilinə qəbul olunacaq, subbakalavr dərəcəsi alacaqlar. Eyni zamanda, konkret peşəyə daha praktik şəkildə yiyələnəcəklər. Görünür, bu detal da nəzərə alınıb”.
Bahar Rüstəmli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 23 Noyabr 2026 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















