Icma.az
close
up
RU
Təyyarədə hansı oturacaqlar ən təhlükəsizdir?

Təyyarədə hansı oturacaqlar ən təhlükəsizdir?

Icma.az bildirir, Olke.az portalına istinadən.

Yayğın düşüncələrin və aviaqəza qorxularının əksinə olaraq, təyyarə ən təhlükəsiz nəqliyyat vasitəsidir. Bu fakt statistika ilə təsdiqlənir – adətən bu, bir milyard sərnişin kilometrə düşən ölüm halları ilə ölçülür. Avtomobil, motosiklet, hətta piyada gəzintiləri belə daha təhlükəli hesab olunur. Qatarlar və su nəqliyyatı da nisbətən təhlükəsiz sayılır, lakin təyyarələrlə müqayisədə geri qalır.

Bəs təyyarədə sərnişin üçün maksimum təhlükəsizlik təmin edən bir yer varmı?

Ölkə.az "Live Science"a istinadla xəbər verir ki, alimlərin fikrincə, belə bir yer var.

Təyyarələr ən təhlükəsiz nəqliyyat vasitəsi sayılır. Avstraliyanın Yeni Cənubi Uels Universitetindən Çenq-Lunq Vu bildirib ki, uçuş zamanı ölüm riski avtomobil idarə edərkənki riskdən qat-qat aşağıdır.

Məsələn, ABŞ-də təyyarə uçuşu zamanı ölmə ehtimalı 13,7 milyonda 1-dir. Bu statistika "Journal of Air Transport Management" jurnalında dərc edilmiş bir araşdırmaya əsaslanır. Ən çox sərnişin təyyarələrinin qəzasında, yəni təxminən 94% hallarda, sərnişinlər sağ qalır.

Lakin Vu qeyd edir ki, hansı yerlərin daha təhlükəsiz olduğunu müəyyən edən etibarlı elmi tədqiqatlar yoxdur. Buna baxmayaraq, əvvəlki aviaqəzalar və təyyarə konstruksiyası əsasında bəzi nəticələr çıxarmaq mümkündür.

ABŞ-nin Şimali Dakota Universitetindən Daniel Kvasi Adjekum bildirir ki, hər şey qəzanın dinamikasından asılıdır. Əgər təyyarə tamamilə məhv olursa, sərnişin harada oturmasından asılı olmayaraq sağ qala bilməz.

Tutaq ki, qəza az enerji ilə və kiçik bucaqla baş verir – məsələn, təyyarə eniş zamanı idarəni itirir və uçuş-enmə zolağından kənara çıxır. Adjekum deyir ki, belə hallarda sərnişinin oturduğu yer sağ qalma şansını həqiqətən dəyişə bilər.

Belə qəzalarda təyyarə yerə çırpıldıqda iki yerə parçalana bilər və kinetik enerjinin çox hissəsi ön hissədə cəmlənir – bu da onu daha irəli sürükləyir. Bu halda, təyyarənin arxa hissəsi daha təhlükəsiz sayılır. ABŞ Federal Mülki Aviasiya İdarəsinin məlumatlarını təhlil edən "Time" jurnalı arxa üçdəbir hissədə ölüm səviyyəsinin daha aşağı olduğunu göstərib.

Çenq-Lunq Vu əlavə edir ki, başqa bir təhlükəsiz yer də mövcuddur – təyyarənin qanadlarına yaxın olan oturacaqlar. Bu hissə təyyarənin struktur baxımından ən güclü yerlərindən biridir və daha çox yüklənməyə dözə bilir. Həm də bu oturacaqlar fövqəladə çıxışlara yaxındır, bu da sərnişinlərin daha tez təxliyə olunmasına imkan verir.

Amma təhlükə təyyarənin həmin orta hissəsinin altında gizlənir. Orada yanacaq çənləri var. Normalda təyyarələr enişdən əvvəl bu çənləri boşaltmalıdır, amma qəza zamanı hələ də yanğın baş verə bilər. Belə hallarda ən vacib məsələ sərnişinlərin 90 saniyə ərzində təyyarəni tərk etməsidir.

Alimlərin sözlərinə görə, müasir təyyarələr sərnişinlərin sağ qalmasını təmin etmək üçün yaxşı layihələndirilib. Təyyarənin bəzi hissələri zərbə zamanı qoparaq əsas kabinanı qoruyur, oturacaqlar çox möhkəm bərkidilir və təhlükəsizlik kəmərləri sərnişinin bədəninə təsir edən zərbəni minimuma endirmək üçün nəzərdə tutulub.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:479
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 İyun 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1016

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see503

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see406

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see313

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see311

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see285

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see248

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see226

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see220

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see216

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see214

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see214

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see210

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see207

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see202

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see202

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see201

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see180

AZCON un “DP world” ilə birgə hədəfləri

10 Oktyabr 2026 11:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri