Icma.az
close
up
RU
Təyyarədəki bu hərəkətlər uçuşu gecikdirə bilər

Təyyarədəki bu hərəkətlər uçuşu gecikdirə bilər

Icma.az bildirir, Lent az portalına istinadən.

Təyyarəyə minmə zamanı sərnişinlərin bəzi adi davranışları ekipaj üçün ciddi çətinlik yarada və hətta uçuşun gecikməsinə səbəb ola bilər. Bələdçilər bildirirlər ki, ən çox problem sərnişinlərin özbaşına yer dəyişməsi, əl yükü ilə bağlı qarışıqlıq və təyyarəyə mindikdən dərhal sonra tualet növbələrinin yaranması ilə bağlı olur.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə təyyarə bələdçisi Kelsey Rogers məlumat verib.

Mütəxəssisin sözlərinə görə, ən çox rast gəlinən problemlərdən biri sərnişinlərin təyyarənin keçidində dayanaraq yer dəyişməyə çalışmasıdır. Bəzi sərnişinlər yaxınları ilə yanaşı oturmaq, pəncərə kənarında yer seçmək və ya tualetdən uzaq oturmaq istədikləri üçün başqaları ilə yer dəyişməyə cəhd göstərirlər. Lakin bu cür razılaşmalar minmə prosesini ləngidir, keçidlərdə sıxlıq yaradır və növbələrin uzanmasına səbəb olur.

Kiçik təyyarələrdə sərnişinlərin yerləşməsi hava gəmisinin çəki balansına da təsir göstərə bilər. Digər geniş yayılmış problem əl yükləri ilə bağlıdır. Qeydiyyatdan keçən baqajın bir çox hallarda ödənişli olması səbəbindən sərnişinlər daha çox çamadanı kabinəyə götürməyə üstünlük verirlər. Nəticədə üst baqaj bölmələri tez dolur.

Kelsey Rogers bildirib ki, bəzi sərnişinlər başqasının çantasını icazəsiz yerindən tərpədir və ya çamadanları düzgün yerləşdirmir. Məsələn, baqajı yan vəziyyətdə qoymaq bölmələrin bağlanmasını çətinləşdirir. Üstəlik, çox vaxt sərnişinlər etdikləri dəyişiklikdən sonra bölmənin bağlanıb-bağlanmadığını yoxlamırlar.

Bələdçi qeyd edib ki, ekipaj sərnişinlərə əşyaların düzgün yerləşdirilməsində kömək etməyə hazırdır, buna görə də başqasının yükünə toxunmaq məsləhət görülmür.

Ekipajın diqqət çəkdiyi başqa bir məqam isə sərnişinlərin keçiddə dayanaraq qulaqlıq, noutbuk, qəlyanaltı və digər əşyaları çamadanlarından çıxarmasıdır. Bu vəziyyət minmə prosesini xeyli yavaşlada bilir.

Bələdçilərin sözlərinə görə, təyyarəyə mindikdən sonra tualetə getmək istəyən sərnişinlər də sıxlığa səbəb olur. Xüsusilə ekipajın təyyarəni uçuşa hazırladığı və xidmət işlərini tamamladığı vaxt bu vəziyyət keçidlərdə əlavə tıxac yaradır.

Kelsey Rogers sərnişinləri başa düşdüyünü desə də, imkan varsa, tualet ehtiyacını minik qapısı bağlanmadan əvvəl terminalda həll etməyi tövsiyə edib.

Bundan başqa, ekipaj sərnişinlərə su və ya içki ehtiyacını əvvəlcədən planlaşdırmağı məsləhət görür. Uçuşdan bir neçə dəqiqə əvvəl su istəyi ekipajın işini uzada bilər, çünki bundan sonra istifadə olunmuş stəkanların və tullantıların yığılması da əlavə vaxt tələb edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://lent.az
archiveBu xəbər 30 May 2026 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see265

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see177

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see176

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see171

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see171

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see170

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see169

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see168

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see167

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see167

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see166

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see166

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see165

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see165

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see164

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see163

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see162

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see160

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see158

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri