Təyyarəni qaçırıb AES ə hücum etmək istədi
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Macarıstanda 24 yaşlı gənc yüngül mühərrikli təyyarəni qaçıraraq “Pakş” Atom Elektrik Stansiyasına (AES) doğru yönəldib.
“Qafqazinfo” Macarıstanın “HVG” nəşrinə istinadən xəbər verir ki, aerodroma gizlicə daxil olan şəxs “Cessna 172” təyyarəsini ələ keçirərək AES istiqamətində uçuş həyata keçirib.
Qeyd edək ki, qaydalara əsasən, mülki təyyarələrin stansiyaya 3 kilometrdən çox yaxınlaşması və 6 min metrədək hündürlüyə qalxması qadağandır.
Məlumatsız uçuş hərbi radarlar tərəfindən təyin olunduqdan dərhal sonra təyyarəni zərərsizləşdirmək üçün iki “JAS 39 Gripen” qırıcısı havalandırılıb. Lakin hərbçilərin müdaxiləsinə ehtiyac qalmayıb – idarəetməni itirən pilot təyyarəni tarlaya məcburi endirməli olub.
Yerli polisin məlumatına görə, təyyarə yerə endikdən sonra şübhəli şəxs ona kömək etmək üçün saxlayan avtomobillə ərazidən qaçmağa cəhd edib. Lakin sürücü buna imkan verməyib. Qısa zaman sonra gənc polis tərəfindən saxlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 30 Avqust 2026 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















