Ər Riyaddan şok addım: 100 ə yaxın təyyarəni...
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Səudiyyə Ərəbistanının aviaşirkətləri husilərin hücumları səbəbindən Ər-Riyad beynəlxalq hava limanından təxminən 100 təyyarəni geri çağırıb.
“Cebheinfo.az” bu barədə “The Wall Street Journal” (“WSJ”) qəzetinə istinadən xəbər yayıb.
Məlumata görə, bir həftə ərzində Ər-Riyad hava limanında qalan təyyarələrin sayı 134-dən 38-ə düşüb.
Qəzetin əldə etdiyi sığorta şirkətinin daxili hesabatında beş təyyarənin müxtəlif dərəcəli ziyan gördüyü, onlardan birinin isə istismardan çıxarıldığı bildirilir.
“WSJ”-nin məlumatına əsasən, hava hücumları nəticəsində təyyarələrə dəyən ümumi zərər 375 milyon dollar qiymətləndirilir.
Oktyabrın 10-da Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi Ər-Riyad hava limanına hücum nəticəsində azı 12 nəfərin öldüyünü, 309 nəfərin yaralandığını açıqlayıb.
Oktyabrın 11-də isə yeni hücum barədə məlumat verilib.
Həmin gün “Ənsar Allah” hərəkatı 24 saat ərzində ballistik və qanadlı raketlərdən, eləcə də pilotsuz uçuş aparatlarından istifadə etməklə dörd genişmiqyaslı əməliyyat keçirdiyini bəyan edib.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 15 Oktyabr 2026 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















