Icma.az
close
up
RU
Təyyarənin hansı hissəsində uçmaq daha təhlükəsizdir? Mütəxəssis AÇIQLADI

Təyyarənin hansı hissəsində uçmaq daha təhlükəsizdir? Mütəxəssis AÇIQLADI

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycana məxsus Bakı-Qroznı reysilə uçan sərnişin təyyarəsinun Qazaxıstanın Aktau şəhərində qəza enişi etməsi və çoxsaylı insan tələfatının baş verməsi müxtəlif müzakirələrə yol açıb. Belə müzakirələrdən biri sərnişin təyyarəsində ən təhlükəsiz yerin hansı hissə olması ilə bağlıdır.
Məsələn, bəziləri idda edirlər ki, təyyarənin quyruq hissəsinə yaxın yerlər sərnişinlər üçün daha təhlükəsizdir. Belə deyilir ki, quyruq hissədəki yerlərdə uçmaq fövqəladə vəziyyətlərdə sağ qalma şanslarını artırır. Bu, çoxdan yayılan fkirlərdir və elə o səbəbdən də bir çox səyahətçi əvvəlcədən quyruq hissədəki yerlərə bilet bron etməyi üstün tutur.
Bəs bu fərziyyə həqiqətdirmi və doğrudanmı qəza vəziyyətlərində təyyarənin quyruq hissəsindəki yerlərdə uçanların sağ qalma ehtimalı çoxdur?
 

Modern.az saytı xəbər verir ki, Qazaxıstandan olan aviasiya mütəxəssisi Abul Kekilbayev bu məsələnin mahyyətinə varmaq üçün danışıb.
Abul Kekilbayev mülki aviasiya üzrə ekspertdir. O, Riqa Aviasiya Elmləri İnstitutunu bitirib, burada nəqliyyat sistemlərinin idarə edilməsi üzrə magistr dərəcəsi alıb, həmçinin Qazaxıstandakı Nazarbayev Universitetini MBA dərəcəsi ilə başa vurub.

Abul Kekilbayevlə "Kazaeronaviqasiya"nın baş direktorunun müavini, Qazaxıstanın sənaye və infrastrukturun inkişafı nazirinin nəqliyyat üzrə müşaviri vəzifələrində çalışıb.
O, hazırda mülki aviasiyanın modernləşdirilməsi və inkişafı üzrə müstəqil məsləhətçidir. Abul Kekilbayev sərnişinlərin təhlükəsizliyinə hansı amillərin təsir etdiyini açıqlayıb.
Sərnişinlərin təhlükəsizliyindən danışan ekspert ekipaj hazırlığı, hava gəmilərinə texniki qulluq və beynəlxalq standartlara uyğunluğu əhatə edən bütöv tədbirlər sisteminin vacibliyini qeyd edib.
Abul Kekilbayevin sözlərinə görə, təyyarə qəzalarının ən çox baş verdiyi uçuş və eniş zamanı risklər hələ də mövcuddur.

Ekspertin fikrincə, təyyarənin quyruq hissəsi həqiqətən də fövqəladə hallarda daha təhlükəsiz yer hesab olunur.


“Təyyarənin qanadının arxasındakı quyruq hissəsi qəza zamanı məhv olmağa daha az həssasdır. Məsələn, adətən bir toqquşma zamanı təyyarənin burun hissəsi ilk zədə alan yer olur. BekAir təyyarəsinin qəzaya uğraması hadisəsini xatırlayırsınızsa, 13-cü sıra arxasında olan bütün sərnişinlər sağ qalmışdı, çünki əsas dağıntı aviagəminin ön hissəsində baş vermişdi”, - mütəxəssis bildirib.


Bununla belə, o, konkret halda hər şeyin şəraitdən asılı olduğunu da qeyd edib.
 

"Təyyarə havada parçalanırsa, sərnişinlərin yeri artıq rol oynamır. Lakin sərt enişlərlə bağlı statistika quyruğa yaxın oturanların daha çox sağ qaldığını göstərir", - Abul Kekilbayev bildirib.


Ekspert vurğulayıb ki, uçuşların təhlükəsizliyi bir çox amillərlə müəyyən edilir: təyyarənin texniki vəziyyəti, pilotların və mühəndis heyətinin ixtisası, eləcə də təyyarənin konstruksiya xüsusiyyətləri. O qeyd edib ki, sərnişinlərin təhlükəsizliyi təkcə oturacaq yerindən deyil, həm də davranışlarından asılıdır.
 

"Sərnişinlər təhlükəsizlik kəmərlərini bağlamalı və təlimatlara ciddi əməl etməlidirlər", - deyə mütəxəssis söyləyib.
 

Ekspertin fikrincə, sərnişinlərin xilas edilməsində qəza çıxışlarının da yeri var. Belə çıxışların sayı və yeri hər bir şəraitdə sürətli evakuasiyanı təmin etmək üçün hava gəmilərinin sertifikatlaşdırılması zamanı hesablanır.
 

Təyyarənin dizaynı qəza zamanı təsir qüvvələrinin paylanmasına da təsir göstərir. Məsələn, füzelajın dok nöqtələri yüksək riskli ərazilərə çevrilə bilər, lakin quyruq maksimum gərginlik zonalarından uzaq olduğu üçün nisbətən təhlükəsiz qalır.
 

Bundan əlavə, o vurğulayıb ki, sərnişinlərin bütün salonda düzgün bölüşdürülməməsi təyyarənin mərkəzləşməsinə mənfi təsir göstərə bilər.
 

“Mərkəzləşmə vacibdir. Ekipaj nəzarəti itirmə riskinin qarşısını almaq üçün həmişə çəkinin bərabər paylanmasını təmin edir”.
 

Bəs Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan təyyarənin bütün sərnişinləri arxada – quyruq hissədə toplaşsaydı, hamısı sağ qala bilərdimi?
 

Abul Kekilbayev  suala belə cavab verib:
“Əgər onların hamısı quyruq hissəsində və ya başqa bir hissədə toplanmış olsaydı, ekipaj onsuz da onları dağıdacaqdı. Çünki hamının bir hissəyə toplanması sərnişin düzülüşünün pozulması olacaqdı.
Bu səbəbdən bəzən sərnişinlər əvvəlcə arxadan, sonra öndən və ya əksinə, öndən, sonra arxadan buraxılırlar. Bütün bunlar sərnişin paylanmasının pozulmaması üçündür”, - deyə mütəxəssi fikrini  yekunlaşdırıb.


Dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na məxsus təyyarə Aktaudan 3 kilometr aralıda qəzaya uğrayıb. İddialara görə, sərnişin təyyarəsi qatı duman səbəbindən Qroznıya enə bilməyib və əvvəlcə Mahaçqalaya, sonra isə Aktauya istiqamətlənib.
“Embraer 190” təyyarəsi Aktau hava limanına çatmağa 3 dəqiqədən az vaxt qalanda pilotlar sükan idarəetməsini itirib və qəzaya uğrayıb.
Fəlakətin səbəbləri ilə bağlı bir neçə versiya var. Əsl səbəb isə hələ bəlli deyil.
Azərbaycanın rəsmi qurumlarının məlumatına görə, təyyarədə 5 ekipaj üzvü də daxil 67 nəfər olub.  Onlardan 37-ci Azərbaycan vətəndaşı olub. Səhiyyə Nazirliyi Azərbaycan vətəndaşlarından 25-nin həlak olduğuna dair siyahı yayıb.
Ə.Qafarlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:289
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Dekabr 2024 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri